"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Lənkəran rayonunun Girdəni kəndində inşa edilmiş 240 yerlik yeni məktəb istifadəyə verilmişdir.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Lənkəran Su-Tikinti Törəmə Müəssisəsinin inşaatçıları tərəfindən tikilən yeni təhsil ocağının açılış mərasimində çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.