03_fond-bagcha-z.aliyeva-achilish.jpg
1 oktyabr 2013

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xətai rayonunda tikilmiş akademik Zərifə Əliyeva adına bağçanın açılışında iştirak edib

Oktyabrın 1-də Bakının Xətai rayonunda akademik Zərifə Əliyeva adına uşaq bağçası üçün tikilmiş yeni binanın açılışı olub.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılış mərasimində iştirak ediblər.

 

Yüksək standartlara uyğun inşa olunmuş bağçanın həyətində uşaqların istirahəti üçün yüksək şərait yaradılıb, köşklər, yay amfiteatrı, yelləncəklər, batut və digər əyləncə vasitələri qurulub.

 

Bağça mərkəzləşdirilmiş nəzarət kameraları ilə təchiz olunub. Binanın foyesində akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini, həmçinin Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri əks etdirən xüsusi guşə yaradılıb.

 

Mehriban Əliyeva bağçada uşaqlar üçün yaradılmış şəraitlə tanış oldu.

 

Müxtəlif yaşlı 8 qrup üçün nəzərdə tutulan bağçada yataq, yemək, dərs, musiqi, rəsm, əl işləri, kompyuter, tibb və müəllimlər otaqları mövcuddur. Otaqlardakı ekoloji cəhətdən təmiz materiallardan hazırlanan yataq dəstləri, oyuncaqlar və dərs ləvazimatları bütün sanitar-gigiyenik norma və standartlara cavab verir.

 

Bağçada uşaqların asudə vaxtlarının təşkili, eyni zamanda, əylənmələri üçün hovuz, idman, oyun və müxtəlif tədbirlərin keçirilməsi üçün zallar da var.


FOTO

VİDEO