002.jpg
17 sentyabr 2015

Prezident İlham Əliyev Kürdəmirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

 

Binanın inşasına 2014-cü ilin mayında başlanılıb. Ümumi sahəsi 1200 kvadratmetr olan bağça lazımi avadanlıqla təchiz edilib. Bağçanın ərazisində yaşıllıq zolağı salınıb, gül kolları əkilib, 2 yay çardağı, attraksion meydançası quraşdırılıb.

 

Bağçada 30 nəfər pedaqoji işçinin çalışması nəzərdə tutulub.


FOTO

VİDEO