22 oktyabr 2005

Yardımlı rayonunun Burzunbul kəndində məktəb istifadəyə verilib

Yardımlı rayonunun Burzunbul kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 200 yerlik yeni məktəb istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən kənd sakinləri məktəbin müəllim və şagirdlərini təbrik etmişlər. Qeyd olunmuşdur ki, ölkəmizdə təhsilə, elmə dovlət qayğısı göstərilir, ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilir. 2005-ci ildə Yardımlı rayonunda 31 məktəb tikilmiş və ya əsaslı təmir edilmişdir. Rayonda 18 köhnə məktəb binası sökülərək yenidən inşa edilmiş, 6 məktəb binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş, 7 məktəb binası isə əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Burzunbul kəndində 10 sinif və digər yardımçı otaqlardan ibarət yeni məktəbin 3 ay müddətində inşa edilməsi kənd sakinləri tərəfindən məmnunluqla qarşılanmışdır. Onlar təhsilin inkişafına göstərilən qayğıya görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildirmişlər.


Açılışdan sonra mərasim iştirakçıları məktəblə tanış olmuşlar.