buxarest-heydar-aliyev-10-cu-il-donumu.jpg
12 dekabr 2013

Buxarestdə ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Dekabrın 12-də Rumıniyanın Buxarest şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Xiyabanında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

 

Mərasimdə Azərbaycanın Buxarestdəki səfirliyinin, Heydər Əliyev Fondunun, Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliklərinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, türk-tatar icmasının təmsilçiləri, Heydər Əliyev adına təqaüdə layiq görülmüş tələbələr, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

 

Mərasimdə çıxış edən Azərbaycanın Rumıniyadakı səfirliyinin nümayəndəsi Tehran Şükürov dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkədə sabitliyin bərqərar edilməsində, sosial-iqtisadi inkişafın təmin olunmasında, demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulmasında və inkişafında, respublikamızın regionda və dünyada mövqelərinin güclənməsində Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışıb, bu siyasətin hazırda uğurla davam etdirildiyini bildirib.

 

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyini ziyarət ediblər. Nümayəndəliyin direktoru İqbal Hacıyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, müstəqilliyimizin möhkəmlənməsində, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, sabitliyin bərqərar olunmasında xidmətlərindən bəhs edib. O, Fondun çoxşaxəli humanitar xeyriyyəçilik fəaliyyətindən də danışıb.


FOTO

VİDEO