1.jpg
30 dekabr 2021

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirilib

Heydər Əliyev Fondu hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində xüsusi qayğıya ehtiyacı olan uşaqları bayram əhval-ruhiyyəsi ilə sevindirir. Bu il də istisna olmadı.

 

Əvvəlki illərdə Fondun prezidenti Mehriban Əliyevanın iştirakı ilə Buta sarayında uşaq evləri və internat məktəblərinin sakinləri, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqlar üçün şənlik təşkil edilirdi. Amma son 2 ildir COVID-19 pandemiyası ilə əlaqədar çox sayda insanın bir yerə toplaşması karantin rejiminin qaydalarına uyğun olmadığından, Fond bu kateqoriyadan olan uşaqları fərqli şəkildə təbrik edir.

 

Heydər Əliyev Fondunun əməkdaşları bayram ərəfəsində paytaxt Bakı və regionlarda uşaq evləri və internat məktəbləri, həmçinin sosial xidmət müəssisələrində olaraq Fondun prezidenti Mehriban Əliyevanın təbrikini, müxtəlif oyuncaqlar və şirniyyatlardan hazırlanan bayram sovqatlarını çatdırıb.

 

Bayram süfrəsi ətrafında Şaxta baba və uşaqların sevdikləri nağıl personajlarının iştirakı ilə şənlik təşkil edilib.


FOTO

VİDEO