Instagram-poster.png
19 aprel 2022

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində təmsil olunacaq

Azərbaycan 8-ci dəfə incəsənət sahəsində dünyanın məşhur platformalarından birində-Venesiya Biennalesində təmsil olunacaq. İki ildən bir keçiriləcən Venesiya Biennalesində ölkəmiz 2007-ci ildən iştirak edir.

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesindəki Azərbaycan pavilyonu “Sevmək üçün doğulanlar” (“Born to love”) mövzusunda tərtib olunub. Venesiyanın mərkəzi Müqəddəs Mark Meydanındakı qədim “Procuratie Vecchie” binasında aprelin 21-də açılacaq milli pavilyonda Azərbaycandan olan 7 rəssam - Juk (Nərmin İsrafilova), İnfinity, Ramina Səadatxan, Fidan Kim (Novruzova), Fidan Axundova, Sabiha Xankişiyeva, Əqdəs Bağırzadənin əsərləri təqdim olunacaq. Milli pavilyonda müasir incəsənət üzrə 7 rəssam müasir texnika və üsullarla mövzu üzrə ideyalarını, eyni zamanda ölkəmizin zəngin mədəni və tarixi xüsusiyyətlərini izləyicilərə çatdıracaq. Biennale noyabrın 27- dək davam edəcək.  


Paylaş: