Heydər Əliyev Fondu Tayhu Dünya Mədəniyyət Forumunun VII illik konfransında təmsil olunub

Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Tayhu Dünya Mədəniyyət Forumunun VII illik konfransı keçirilib.

 

Heydər Əliyev Fondu “Sivilizasiyalar arasında qarşılıqlı öyrənmə: bəşər sivilizasiyasının yeni formasının birgə yaradılması” mövzusunda təşkil edilən konfransda beynəlxalq əməkdaş kimi təmsil olunub. Tədbirdə Fondun nümayəndəsi “Mədəni-iqtisadi tematik dialoq: hörmət, qarşılıqlı öyrənmə, qarşılıqlı fayda, nəticələr” mövzusunda çıxış edib.

 

Tayhu Dünya Mədəniyyət Forumu beynəlxalq mədəniyyət mübadiləsi üçün bir platformadır. Forum Çin və dünya arasında mədəni dialoqların təşviqinə, sivilizasiyalar arasında ünsiyyət və əməkdaşlığın inkişafına töhfə verir.

 

Forumda Çin və xarici siyasətçilər, beynəlxalq və regional təşkilatların nümayəndələri, ekspertlər və alimlər, biznes elitası, media işçiləri iştirak edərək, müxtəlif sivilizasiyalar arasında konsensus yaratmaq və bəşəriyyətin ümumi problemlərinin həllinə töhfə vermək məqsədilə birgə müzakirələr aparıb.

 

Heydər Əliyev Fondu 2021-ci ildən Tayhu Dünya Mədəniyyət Forumu ilə əməkdaşlıq edir.


1.JPG2.JPG3.JPG4.JPG5.JPG