Zaqatala rayonu Bəhmətli kənd tam orta məktəbi

  • Layihə
  • Foto


2012-ci il mayın 7-də Zaqatalada baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbi üçün Heydər Əliyev Fondunun dəstəyi ilə yeni bina inşa edilib.

 

2012-ci ilin sentyabrında məktəbin yeni binasının təməli qoyulub və 2013-cü ilin avqustunda tikinti işləri başa çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də məktəbin yeni binasının açılışında iştirak edib.

 

600 şagird yerlik məktəb binasının korpusları iki və üçmərtəbəlidir. Binanın ümumi sahəsi 4 min 520 kvadratmetrdir. Məktəb müasir avadanlıqla təchiz olunub. Kitabxanada üç mindən çox vəsait toplanılıb. Məktəbdə müasir idman zalı, açıq futbol, voleybol və basketbol meydançaları yaradılıb. Bina müasir havalandırma sistemi ilə təchiz olunub. Məktəbin həyətində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb. Həyətyanı sahə genişləndirilib və abadlaşdırılıb.

 

480 şagirdin təhsil aldığı məktəbin binası 9 bal gücündə zəlzələyə davamlıdır. 



001.gif