Salyan rayonunda yerləşən Ərəbqardaşbəyli kənd tam orta məktəbinin yeni binasıHeydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.
Ərəbqardaşbəyli kənd tam orta məktəbi 1964-cü ildə inşa edilib. Birmərtəbəli məktəb binası qəzalı vəziyyətdə olduğundan yeni məktəb binasının tikintisi zərurəti yaranıb. 2019-cu ildə 180 şagird yerlik ikimərtəbəli binanın tikintisi həyata keçirilib.
Məktəbdə 14 sinif otağı ilə yanaşı laboratoriyalar, kompüter otağı, fənn kabinetləri, tibb otağı, kitabxana, idman və akt zalı, yeməkxana var.
Binada istilik sistemi qurulub, məktəb inventar və texniki vasitələrlə təchiz edilib.