Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşən Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa edilib.
Bina 3 mərtəbədən, 25 sinif otağından, rəqs, rəsm otaqlarından, akt zalından, kitabxana, müəllimlər otağı və yeməkxanadan ibarətdir. Məktəbdə hazırda 17 ixtisas üzrə 493 şagird təhsil alır. Bu ixtisaslar üzrə 110 müəllim fəaliyyət göstərir.