Masallı rayonunda 1 saylı uşaq bağçası

  • Layihə
  • Foto


Masallı rayon 1 saylı uşaq bağçasının yeni binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.

 

Uşaq bağçasının əvvəlki binası 1939-cu ildə inşa olunub. 40 yerlik 2 qrupdan ibarət olan məktəbəqədər uşaq müəssisəsi uyğunlaşdırılmış binada fəaliyyət göstərib. Ötən müddət ərzində bağçanın binası fiziki cəhətdən köhnəliyindən və istifadəyə yararsız vəziyyətə düşdüyündən 100 yerlik bağça binası inşa olunub.

 

2 mərtəbəli 1 korpuslu bağça binasında məşğələ, yataq, idman, əyləncə və musiqi otaqları, akt zalı var. Müəssisə zəruri mebel və avadanlıqlarla, kompüter kabineti və əyani vəsaitlərlə təchiz edilib. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.


Paylaş:

3.3.jpg