Samux rayonu Lüksemburq kənd orta məktəbi

  • Layihə
  • Foto


Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samux rayonunun ucqar yaşayış məntəqələrindən olan Lüksemburq kəndində yeni məktəb binası tikilib. Bina uzun illər istifadədə olmuş və yararsız vəziyyətə düşmüş məktəb binasının yerində tikilib. Bina 2011-ci ilin dekabr ayında istifadəyə verilib.


İkimərtəbəli məktəb binası 18 sinif otağından, iki laboratoriyadan, bir kompyuter otağından, müasir avadanlıqla təchiz edilmiş idman zalından ibarətdir. Bina mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib.



SAMUX-UCQAR KAND-YENI MAKTAB BINASI.JPG