Yevlaxın Xanabad kəndində məktəb

  • Layihə
  • Foto


Yevlax rayonunun Xanabad kəndində yerləşən məktəbin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa edilib.

 

360 şagird yerlik üçmərtəbəli məktəb binası 4 korpusdan ibarətdir. Burada 19 sinif otağı, fizika, kimya, biologiya kabinetləri, fənn laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı və açıq idman meydançası var. Zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə təchiz edilən təhsil müəssisəsində müasir istilik və işıqlandırma sistemi qurulub. Həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.


1.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
9.jpg