2023-cü il iyulun 13-15-də Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri keçirilib.
Poeziya Günləri Molla Pənah Vaqifin dogma şəhəri - Qazaxın Yuxarı Salahlı kəndindən start götürüb.
İyulun 14-15-də isə Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi qarşısında, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı, Xarıbülbül və Qarabağ otellərində tədbirlər keçirilib. Poeziya Günlərinin sonuncu tədbiri “Vaqif dünyası” adlı poetik-musiqili tamaşa olub.