Bakı Marafonu 2022

  • Layihə
  • Foto


2022-ci il mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı marafonu keçirilib. “Bakı Marafonu 2022”də 15 minədək iştirakçı yarışıb. Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar marafonda iştirak üçün müraciət ediblər. Qeydiyyatdan keçənlər sırasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar olub.

 

“Küləyə qalib gəl” şüarı altında keçirilən və 21 kilometrlik məsafəni əhatə edən marafon 2022-ci ildə fərqli marşrutda təşkil edilib. Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olub.

 

Marafonda daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər də iştirak edib. Yarış zamanı ilk start daun sindromlu şəxslər, daha sonra isə fiziki məhdudiyyətli şəxslər üçün start verilib. 3-cü start isə ümumi iştirakçılar üçün olub.

 

“Bakı Marafonu 2022”nin qalibləri 2 kateqoriya üzrə seçilib. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıblar. Birinci yer sahibi 3000 AZN, ikinci yer - 2000 AZN, üçüncü yer - 1000 AZN məbləğində mükafatlandırılıb, həmçinin medal və sertifikatlarla təltif edilib.

 

Kişilər arasında qaliblər: 1-ci yer Rinas Axmadeyev (Rusiya), 2-ci yer Ömər Alkan (Türkiyə), 3-cü yer Vladimir Marçik (Çexiya)

 

Qadınlar arasında qaliblər: 1-ci yer Valentina Veretskaya (Ukrayna), 2-ci yer Dilek Öztürk (Türkiyə), 3-cü yer Valentina Poltavskaya (Ukrayna)

 

Finiş xəttini keçən ilk 1000 iştirakçı isə “Bakı Marafonu 2022”nin xüsusi medalları ilə təltif olunub. “Bakı Marafonu 2022”də yeni nominasiyalar da olub: qadın və kişilər arasında 5 yaş kateqoriyası üzrə qaliblər seçilib (18-29, 30-39, 40-49, 50-59, 60+).

 

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılıb. Burada yarış ərzində müxtəlif əyləncə, konsert proqramları, yarışlar, idman tədbirləri keçirilib. Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır. 


Paylaş:

2.jpg
3.jpg
4.jpg
5.jpg
7.jpg
9.jpg
10.jpg
11.jpg
12.jpg
13.jpg
14.JPG
16.jpg
17.jpg
19.jpg
21.jpg
22.jpg
24.jpg
25.jpg
26.JPG
28.JPG
30.JPG
32.jpg
33.JPG
35.JPG
36.jpg
37.jpg
38.jpg