Rixard Vaqner
Mənim həyatım
98
52
Püşk atılmışdı. Həyatın ciddi tərəfi dərhal səhnəyə çıxıb məni ağır sınaqlara
çəkdi. Leypsiqdə Laube ilə sağollaşmalı oldum. Prussiyanın tələbi ilə onu Saksoni-
yadan sürgün edirdilər və o, bu faktın mənasını yaxşı anlayırdı. Otuzuncu illərin
ilk yarısındakı liberal hərəkətlərə açıq reaksiyaların verildiyi dövr yetişdi. Laube
heç vaxt siyasi məsələlərdə iştirak etmədiyi və həmişə estetik məqsədlərə yönəlmiş
ədəbi fəaliyyətlə məşğul olduğu üçün əvvəlcə bu polis tədbirinin mənasını anla-
mamışdıq. Leypsiq hakimiyyətinin bu sürgünün səbəbləri ilə bağlı suallara iyrənc
ikibaşlı cavabları tezliklə Laubeni gələcək taleyindən şübhələnməyə vadar etdi.
Leypsiq onun üçün əvəzolunmaz fəaliyyət meydanı olduğuna görə Laubeyə ya-
xınlıqda olmaq vacib idi. Dostum Apelin Leypsiqdən bir neçə saat uzaqlıqda,
Prussiya torpaqlarında gözəl zadəgan mülkü var idi. Ağlımıza orada Laubeyə
qonaqpərvərliklə sığınacaq vermək fikri gəldi. Qanunla münaqişəyə girmədən
təqib olunan adama sığınacaq vermək iqtidarında olan dostum bu istəyimizi
həvəslə qarşıladı. Lakin səhəri gün məsələni ailəsi ilə müzakirə etdikdən sonra
bildirdi ki, Laubeni qəbul edərək başına iş açacağından qorxur. Laube buna heç
vaxt unuda bilmədiyim bir ifadə ilə gülümsədi. Sonralar hiss etmişdim ki, bu ifadə
bəzən mənim də sifətimdə işarıb yox olur. Beləliklə, o bizimlə sağollaşdı. Tezliklə
eşitdik ki, onu burşenşaftın keçmiş iştirakçıları ilə bağlı aparılan araşdırmala-
ra əsaslanaraq həbs edib Berlin şəhər həbsxanasına göndəriblər. Bu halda mən
ürəyimə ağır yük kimi çökən ikiqat acı təcrübə yaşadım. Ona görə kiçik həcmli yol
torbamı doldurub anamla və bacımla sağollaşdım, qətiyyətlə kapelmeyster yoluna
addım atdım.
Minnanın qaldığı yerin altındakı otağı yeni vətənim hesab etmək hüququnu
qazanmaq üçün yalandan direktor Betmanın bütün teatr tədbirləri ilə razı qaldı-
ğımı göstərməli idim. Hər şey “Don-Juan”ın səhnələşdirilməsi ilə başladı. Zərif
zövqə iddialı direktor bu operanı yaxşı ailədən olan ləyaqətli gənc sənətkar üçün
uyğun hesab etdiyini bildirdi. Öz instrumental kompozisiyalarım istisna olmaq-
la heç vaxt opera orkestrinə dirijorluq etməsəm də, məşqlər və tamaşa kifayət
qədər yaxşı keçdi. Yalnız donna Annanın reçitativində bir qədər aydınlıq çatış-
mırdı. Amma buna görə heç kəs məni qınamadı. Mən sakitcə və təəccüblənmədən
əsərlə heç tanış olmadan
Lumpaci Vagabundus”
üzərində işləməyə başlayanda hər
kəs teatrın yeni üzvünə etimad etdi. Musiqi bacarığımın layiq olmadığı şəkildə
tətbiqindən özümü pis hiss etmirdim, hətta yaxşı əhval-ruhiyyədə idim. Bunun
bir səbəbi incəsənət zövqümün keçid mərhələsi idisə, digər səbəbi bu feeriyada
pəri Amoroza rolunu oynayan Minna Planerlə tanışlıq idi. O, həqiqətən əxlaqsızlıq
və pozğunluq buludu arasında bir pəriyə bənzəyirdi. Heç onu cəlb etməyən və