99
Rixard Vaqner
Mənim həyatım
toxunmayan bu bataqlığa necə düşdüyünü təsəvvür edə bilmirdim. Digər ifaçı-
lar mənə yaxşı məlum olan qrimasları göstərən karikatura qəhrəmanlarına oxşa-
yırdılar. Bəzəksiz ciddiyyətə, eleqant səliqəyə malik, eyni zamanda bütün teat-
ral mübaliğələrdən və komediant şişirtmələrindən məhrum bu gözəl aktrisa isə
mənə ətraf mühitdən tamamilə qopmuş, xüsusi bir varlıq təəssüratı bağışlayırdı.
Onunla yan-yana qoyub müqayisə edə biləcəyim yeganə gənc Fridrix Şmit idi.
O, istedadını hiss edərək teatr sahəsinə, operaya yenicə gəlmiş gözəl tenor səsə
malik ifaçı idi. Şmit də teatr heyətindən məşğələlərə və rollara ciddi münasibəti
ilə seçilirdi. Onun sinə səsinin səmimiyyət və cəsarəti, alicənab, təmiz tələffüzü,
frazaları aydın ifadə etməsi mənim yaddaşımda bir nümunə kimi həkk olunub.
Buna baxmayaraq, aktyor istedadının, səhnədə dayanmaq bacarığının olmaması
tezliklə onun irəli hərəkət etməsinə mane oldu. Lakin o, mənim yeganə tanışım
olaraq qalırdı və mən onu etibarlı, alicənab xasiyyətə malik qabiliyyətli, orijinal
insan kimi qiymətləndirirdim.
Nəzakətli mənzil qonşumla ünsiyyət tez bir zamanda ehtiraslı vərdişə çev-
rildi. O, gənc kapelmeysterin (21 yaşım var idi) məsum heyranlığını xoş təəccüblə
qarşılayırdı. Şıltaqlıqdan, ikibaşlı münasibətlərdən uzaq olan qonşum tezliklə
mənimlə inamlı dostluq qurdu. Bir dəfə axşamtərəfi açarı evdə qoyduğum üçün
parterdə yerləşən otağıma pəncərədən girməyə çalışanda çıxardığım səs-küy Min-
nanın diqqətini cəlb etdi. Karnizdə dayanarkən ona gecən xeyirə demək üçün izn
istədim, lakin o, imtina etdi. Dediyinə görə, ev sahibləri onun xahişi ilə gecələr
otağının qapısını kilidləyirlər ki, heç kim girə bilməsin. O, bütün bədənini əyərək
görüşməyimizi yüngülləşdirdi və mən rahatlıqla onun əlini tutdum. Bu hadisədən
çox keçməmiş qızıl yel xəstəliyinə tutulub şişmiş sifətimi balaca otağımda bütün
dünyadan gizlədəndə Minna tez-tez məni ziyarət edir, qulluq edir və inandırırdı
ki, eybəcər günə düşmüş sifətimin heç bir fərqi yoxdur. Sağalıb onu ziyarət etdim
və ağzımın kənarındakı səpkidən şikayətlənərək onun gözünə bu görkəmdə gö-
ründüyüm üçün üzr istədim. Lakin Minna o qədər şəfqətli idi ki, mənim gəlişimdə
ikrah doğuran heç nə tapmadı. Belə desə də, məni bu halda öpməyəcəyini iddia
edəndə, o, geri çəkilməyərək dərhal qətiyyətini sübut etdi. Minna hər şeyi xoş ra-
hatıqla, sərbəst edirdi. Onun davranışları yüngüllük və ürəksizliklə yox, ana qay-
ğısı ilə dolu idi.
53
Bir neçə həftə sonra cəmiyyətimiz yayın qalan hissəsini Rudolştadta qastrol
etmək üçün üçün Lauxştedti tərk etdi. O vaxt üçün çətin hesab olunan bu səyahəti
Minna ilə başa vurmaq istəyirdim. Əgər direktor Betmandan halal zəhmətimlə qa-