Rixard Vaqner
Mənim həyatım
100
zandığım maaşımı ala bilsəydim, məqsədimə çatmağa heç nə mane ola bilməzdi.
Lakin burada fövqəladə çətinliklərlə qarşılaşdım və bu çətinliklər o vaxtdan son-
ra xroniki halda iztirablara çevrilməyə başladı. Artıq Lauxştedtdə öyrənmişdim
ki, truppanın cəmi bir üzvü mütəmadi olaraq maaş alır. Bu iflic olmuş direktor
xanımın yatağının yanında tanış olduğum bas Keynzel idi. Məni inandırdılar ki,
maaşımın heç olmasa, bir hissəsini almaq istəyirəmsə, xanım Betmanın xoşuna
gəlməliyəm. Amma budəfəlik yenə ailəmin köməyindən istifadə etmək qərarına
gəldim. Ona görə Rudolştadta tək yola düşüb Leypsiqdən keçdim və anamı
məyus edib təəccübləndirərək lazımi vəsaiti götürdüm. Amma Leypsiqə mənə
görə Lauxştedtə gəlmiş dostum Apelin mülkündən keçib getdim. Lauxştedtdən
gedişim zəngin dostumun mənim şərəfimə verdiyi qonaqlıq sayəsində yaddaqa-
lan oldu. Bu zaman içki dostlarımdan biri ilə nömrəmizdə olan nəhəng kaşı sobanı
qırmışdıq. Səhəri gün ayılanda isə bunun necə baş verdiyini anlamamışdıq.
Bu səyahət zamanı ilk dəfə Veymardan keçdim və yağışlı günlərin birində
maraqla, lakin səthi şəkildə Hötenin evinə nəzər saldım. Rudolştadtın çox ma-
raqlandığım canlı teatr həyatını tamamilə başqa cür təsəvvür edir və daha böyük
təəssüratlar gözləyirdim. Orada dirijorluq etməməli idim. Çünki bu funksiyanı
tamaşalarımızın hazırlanmasına cəlb edilmiş Knyaz kapellasının dirijoruna tap-
şırmışdılar. Lakin işlərim – taxta quşa güllə atmaq bayramına yığışmış knyazlıq
əhlini əyləndirəcəyimiz çoxsaylı opera və musiqili vodevillərin öyrənilməsi – o
qədər intensiv idi ki, bu kiçik gözəl ölkəni gəzmək imkanı tapmamışdım. Sərt və
pis mükafatlandırılan əməklə yanaşı Rudolştadtda olduğum altı həftə ərzində
iki ehtiras məni yerimdən tərpənməyə qoymurdu: birincisi, “Sevgi qadağası”nın
şeirlərini yazarkən aldığım zövq, digər tərəfdən, Minnaya olan meylim idi. Eyni
zamanda daha bir musiqili kompozisiyanın, dəqiq desəm, “E-dur” simfoniyasının
ilk cizgilərini atmışdım. Onun birinci hissəsi isə (3/4 ölçüdə) kompozisiya kimi
tamamlanmışdı. Bu işin üslubuna və planına Bethovenin Yeddinci və Səkkizinci
simfoniyaları təsir etmişdi. Səhv xatırlamıramsa, bu əsəri bitirsəm və ya ən azından
hazır hissəsini saxlasaydım, onu bu gün də insanlara təqdim edəndə əsla utanmaz-
dım. Lakin bu dövrdə artıq məndə belə bir fikir formalaşmışdı ki, Bethovendən
sonra simfoniya sahəsində yeni və əhəmiyyətli bir şey yaratmaq çətindir. Əksinə,
opera elə bir sahəydi ki, orada xidmətlərimin bənzəri yoxdu – bunu get-gedə daha
dərindən hiss edirdim – və bu mənə müxtəlif istiqamətlərdə həyəcanlandırıcı təsir
göstərirdi. Müxtəlif narahatlıqlar və həyəcanlar, ixtiyarımda olan asudə vaxtlarda
yeni opera mətninin böyük hissəsini yazmağa mane olmadı. Özü də bu dəfə dilə
və şeirə “Pərilər”in mətnindən daha diqqətlə yanaşdım və situasiyaların qurulu-
şuna əvvəlkindən daha şüurlu münasibət göstərdim.
Digər tərəfdən, mən ilk dəfə sevgidən doğan qısqanclığın qayğılarını və
məyusluqlarını yaşamağa başlamışdım. Minnanın mənə qarşı sərbəst, mehriban