101
Rixard Vaqner
Mənim həyatım
münasibətində qəfil dəyişiklik baş vermişdi. Deyəsən, onun diqqətini qazanmaq
istəyim hamının hörmət etdiyi aktrisaya söz gətirmişdi. Halbuki, mən bu istəkdə
qəbahətli heç bir şey görmürdüm və təcrübəli müşahidəci bunun yalnız yüngül
şövqün artıqlığından başqa bir şey olmadığını sezərdi. Minnanın davranışlarından
və izahatlarından anladıqlarıma çox təəccüblənmişdim. Qısası, o deyirdi ki, özünü
mənim niyyətimin ciddiliyini xəbər almağa və bunun nəticələrini nəzərə almağa
məcbur hiss edir. Bilirdim ki, Minna gənc aristokratla çox yaxın münasibətdədir.
Bu gənclə hələ Lauxştedtdəykən tanış olmuşdum və onun Minnaya ürəkdən bağlı
olduğunu hiss etmişdim. Rəfiqələri arasında Minna qraf fon O-nun nişanlısı hesab
olunsa da, hamı bilirdi ki, onların birləşməsi qeyri-mümkündür. Çünki gənc aşi-
qin buna imkanı yox idi. Görkəmli ailədən olduğu üçün evliliyini ictimaiyyətdəki
mövqeyinə və gələcək karyerasına qurban verməli idi. Yəqin Minna ilə qraf ta-
nışlıqlarının Rudolştadt dövründə bu barədə danışmışdılar. Minna ciddi, hətta
bir qədər kədərli olmuşdu, mənim yaxınlaşmaq cəhdlərimə də soyuq cavab verib
uzaqlaşırdı. Yaxşıca düşünüb anladım ki, nə “Gənc Avropa”, nə “Ardingello”, nə
də “Sevgi qadağası” burada səhnəyə qoyulmayacaq, pəri Amorozanın şən teatr
janrı ilə həyatını qurmaq üçün münasib fürsət axtaran “vicdanlı bürgerlərin oğlu”
arasında çox ciddi fərqlər var. Bu haldan ürəyim sıxılır, sarsılırdım. Bir tərəfdən,
Sevgi qadağası”nın sərbəst hissələrini kəskinləşdirir, axşamlar qızardılmış kol-
basa qoxusu hopmuş havanı içimə çəkərək bekar yoldaşlarımla Rudolştadtın quş
çəmənliyində gəzirdim. Bu dəfə ötəri olsa da, yenə oyunlara baş qoşmuşdum. Yar-
markada zər və ruletka oyunu üçün qoyulmuş stolların yüngül forması diqqətimi
cəlb etmişdi.
54
Rudolştadtdan Maqdeburqa yarımillik qış mövsümünə getməyi səbrsizliklə
gözləyirdim. Əvvəla, orada yenidən orkestrin başına keçəcəkdim, ikincisi, musiqi
bacarıqlarımı daha layiqli şəkildə istifadə edəcəkdim. Lakin Maqdeburqa çatma-
mışdan əvvəl Bernburqda ağır keçid dövrü yaşamalı idim. Çünki direktor Bet-
man digər tədbirlərlə yanaşı, orada da bir sıra tamaşalar təşkil etmişdi. Truppanın
bir hissəsi ilə oradakı kapelmeysterin dirijorluğu altında bir neçə opera nümayiş
etdirməliydik. Həmişəlik olmasa da, budəfəlik, az maaşlı fatal muzikdirektor
vəzifəsini davam etdirməyə məcbur idim. Lakin hər şeyin bir sonu var. Nəhayət,
Maqdeburqa gəldim. İnanırdım ki, bura, məni seçdiyim yolda əsl şöhrətə qovuş-
duracaq.
Əlbəttə, bir vaxtlar təcrübəli və müdrik kapelmeyster Künleynin həvəsli bir
gənci müşaiyət etdiyi həmin dirijor stendinin sahibi kimi özümü çox yaxşı hiss