97
Rixard Vaqner
Mənim həyatım
əhatə edənlər isə ən layiqsiz tənəzzüldən xəbər verirdi. O, məni evinə qaytarıb bir
ayağı iflic olduğu üçün qəribə çarpayıda uzanmış direktor xanımına təqdim etdi.
Bu vaxt Betmanın hədsiz sədaqətindən şikayətləndiyi bir qoca ifaçı bas xanımın
yanında oturub qəlyan çəkirdi. Direktor ordan da məni həmin evdə yaşayan re-
jissorun yanına apardı. O, teatrın qoca dişsiz kapeldineri ilə repertuarı müzakirə
edirdi. Buna baxmayaraq Betman məni rejissora təslim edib bütün vacib məqamlar
barədə danışmağı tapşırdı. Cənab Şmale isə gülümsəyib çiynini çəkdi və dedi ki,
direktorun adəti belədir, hər şeyi onun üstünə atır, özü heç nəyin qeydinə qalmır.
Mən gələndə isə, o, Şmale, bir saat idi ki, Kroqe ilə gələn bazar nə göstərəcəklərini
müzakirə edirdi. O, “Don-Juan”ı təyin edə bilərdi. Lakin orkestri təşkil edən Mer-
zeburq şəhər musiqisi şənbə günü bura gəlmək istəmirsə, necə məşq edəcəkdilər?
Bu zaman Şmale dayanmadan açıq pəncərədən gilas ağacının budaqlarına əyilib
meyvə dərir, yeyir və çəyirdəkləri tüpürərkən inanılmaz səslər çıxarırdı. Son
hərəkəti mənim mənfi qərarıma xüsusilə təsir etdi. Belə ki, mən meyvələrə qarşı
anadangəlmə, qəribə ikrah hiss edirəm. Rejissora bildirdim ki, “Don-Juan”a ümid
etməsin. Çünki mən debütümü bu tamaşa ilə etmək istəmirdim və ümumiyyətlə,
direktorun təklifindən imtina edib oradakı işlərimi qaydaya salmaq üçün Leypsiqə
qayıtmalı olacam. Ürəyimə yatan mədəni imtinadan sonra bir daha Lauxştedtə qa-
yıtmamaq niyyətimin yanında tamamilə artıq olan bəzi məsələlərə görə narahat
olduğumu göstərməyə məcbur oldum. Mənə otaq tapmaqda kömək təklif etdilər
və təsadüfən Vürsburqdan bəri tanıdığım gənc aktyor bələdçilik vəzifəsini öz boy-
nuna götürdü. Məni tanıdığı evlərin ən yaxşısına apararkən sözarası dedi ki, orada
Lauxştedtin ən gözəl qızı ilə qonşu olmaq imkanım var: bu teatrın əsas aktrisası
freylen Minna Planner idi və yəqin mən artıq onun barəsində eşitmişəm.
İş elə gətirdi ki, bu qızla qeyd edilən evin qapısında qarşılaşdıq. Onun xarici
görünüşü və hərəkətləri bu səhər yaşadıqlarımla tam ziddiyyət təşkil edirdi. Çox
cazibədar və təravətli xarici görünüşə malik gənc aktrisa təmkinli və özünü ələ
ala bilməsi, hərəkətlərində, rəftarında duyulan, xoş simasına adamı yaxşı mənada
sarsıdan, ləyaqət verən ciddi özünəinamla seçilirdi. Qüsursuz səliqəli və mədəni
geyim bu gözlənilməz görüşün təəssüratlarını tamamladı. Məni ona yeni diri-
jor kimi təqdim edəndə qız cavanlığıma təəccübləndiyini məni təpədən dırnağa
süzməsiylə biruzə verdi, sonra da ev sahibəsinə dostyana təəssüblə məni təqdim
edib, qürurlu, sakit addımlarla məşqə tələsdi. Mənzili dərhal kirayələdim, bazar
günü “Don-Juan”a dirijorluq etməyə razılaşdım. Yalnız əşyalarımı götürmədiyim
üçün heyfsləndim. İlk fürsətdə Leypsiqə gedib və tez də Lauxştedtə qayıtmağa
tələsdim.