Rixard Vaqner
Mənim həyatım
96
altında bu cür hoqqaların cazibəsinə qapılmamağa qərar verdik. Sadəcə, fantazi-
yamızda həyata keçən macəra yanğısına qapılıb ara yollarla Leypsiqə qayıtdıq.
Əslində səfərimiz təvazökar yol əyləncələri ilə keçmişdi. Bu qayıdışla inkişafımın
parlaq gənclik mərhələsi sona yetir. O vaxta qədər ciddi qarışıqlıqdan və ehtiraslı
həyəcanlardan tamamilə azad deyildim. Bundan sonra həyatıma qayğı daxil oldu.
51
Ailəm mənə təklif olunan Maqdeburq teatr truppası yanında kapelmeys-
ter vəzifəsini xəbər vermək üçün qayıdışımı gözləyirdi. Həmin yay ayında trup-
pa Lauxştedt kurortunda qastrolda idi. Teatrın direktoru ona məsləhət görülən
qabiliyyətsiz kapelmeysterin köməyi ilə işlərin öhdəsindən gələ bilmirdi və bu
çətinliyin aradan qaldırılması üçün Leyspiqə müraciət edib mümkün qədər tez
əvəzlənmə istəyirdi. Qızmar yay fəslində mənim “Pərilər”imin partiturasını
öyrənmək istəməyən kapelmeyster Şteqmayer bu vəzifəyə israrla məni məsləhət
görürdü. Beləliklə də, işinə işgəncəli müdaxilələr edən gəncdən qurtulacaqdı. Mən
isə bir tərəfdən rahat və azad iradəmlə bədii avantüraların axınına təslim olmaq
istəyərək, digər tərəfdən müxtəlif vəziyyətləri ölçüb-biçərək sərbəstliyə meyli-
mi möhkəmləndirdim. Bu isə yalnız şəxsi gəlirlə mümkün idi. Lakin hisslərim
mənə deyirdi ki, Lauxştedtdə bu meylim üçün lazım olan samballı özülü tapa
bilməyəcəm. Həmçinin, “Pərilər”imə qurulmuş tələnin öhdəsindən də gələ bil-
mirdim. Ona görə yalnız işlə tanış olmaq üçün Lauxştedtə yola düşməyə qərar
verdim.
Bu kiçik kurort Höte və Şillerin vaxtlarından məşhurlaşmışdı. Teatrın taxta
binası Hötenin planına əsasən tikilmişdi. Orada “Messin gəlini”nin ilk tamaşa-
sı göstərilmişdi. Bunu özüm üçün tez-tez təkrarlasam da, bu yer məndə şübhə
oyatdı. Mən teatr direktorunun yaşadığı yeri öyrəndim. O, evdə yox idi və balaca
his-pasaqlı oğlan məni “ata”sının yanına ötürməyə qərar verdi. Amma biz onunla
yolda qarşılaşdıq. O, xalat və qalpaq geyinmiş qoca kişi idi. Direktor məni sevinclə
salamlaya-salamlaya sağlamlığından şikayət edirdi. Oğlu ona qonşu dükandan
alacağı vodka ilə kömək etməli idi. Yəqin ki, mənə hesablanmış effektlə oğluna əsl
zilberqroş verdi. Bu direktor məşhur aktrisa Betmanın əri Haynrix Betman idi. Al-
man dramatik sənətinin çiçəklənmə dövrünün nümayəndəsi olan aktrisa Prussiya
kralının sevimlisi idi və bu münasibət onun ölümündən sonra uzun müddət ərinə
də göstərilmişdi. Betman Prussiya sarayından yaxşı təqaüd alır, davamlı olaraq
sarayın hamiliyindən istifadə edir və dəyişkən, avantüralara meylli xasiyyətinə
baxmayaraq, heç vaxt bu birinciliyi tamamilə itirmirdi. Artıq uzun müddət teatr
direktoru vəzifəsində olduğu üçün çox düşkünləşmişdi. Nitqi və davranışları
mənə keçmiş dövrlərin şit aristokratizmini xatırladırdı. Onun elədikləri və onu