95
Rixard Vaqner
Mənim həyatım
səbəb olduğu üçün onlar daha Pravoninə getmirdilər. Özümü sərbəst və şən apa-
raraq bir vaxtlar bu evi tərk edərkən keçirdiyim ağır hisslərin qisasını alırdım.
Dostumu yaxşı qəbul etmişdilər. Dəyişən vəziyyət qızları talelərini aydınlaşdır-
mağa daha çox vadar edirdi və zəngin bürger, əgər tacir deyildisə, əgər nəsil varlı
idisə, qayğıkeş anaya əla namizəd kimi görünürdü. Qətiyyən qəzəb hiss etmədən
Teodorun gəlişi ilə yaranmış həngaməni ürəkdən dəstəkləyir və bu razılığımı ən
şən və özbaşına zarafatlarla izhar edirdim. Gənc xanımlar mənim niyə bu qədər
dəyişdiyimi anlaya bilmirdilər. Daha nə mübahisələrə hazırlıq, nə öyrətmək, öz
əqidənə cəlb etmək ehtirası, bir sözlə, onları bezdirdiyim şeylərin heç birindən
əsər-əlamət qalmamışdı. Lakin məndən ağıllı bir söz də eşitmək mümkün deyildi
və bir çox şeyləri ciddi müzakirə etməyə meylli qızlar əvəzində ən yöndəmsiz, ax-
maq cavablar alırdılar. Şıltaqlıq edib özümə müxtəlif özbaşınalıqlar etməyə icazə
verirdim, onlar isə bunun qarşısında özlərini gücsüz hiss edirdilər. Şən əhval-
ruhiyyəm davranışıma yoluxmuş Teodor məni təqlid etməyə başlayanda daha çox
artdı, Teodor isə buna görə cəzasını çəkdi. Yalnız bircə dəfə iş ciddiləşmişdi. Mən
royalın yanında oturub dostumun xanımlara bir restoran söhbətini-rəfiqələrimin
evdarlığı və savadı barədə ən yaxşı fikirlər bildirdiyimi nağıl edirdi, halbuki, məhz
bu məsələdə şübhələrim vardı nə vaxtsa, indi dostum bunu deyəndə gənc xanım-
ların necə çətin, kədərli sınaqlardan keçdiyini görmək çox ağır idi. Çünki mənim
ən adi sözlərim onları çox təsirləndirmiş, gözlənilməz xoşbəxtlik bəxş etmişdi on-
lara. Jenni mənə yaxınlaşdı və səmimiyyətlə məni qucaqlayıb öpdü. Düzdü, bu
da daha sonra özümü pis aparmağıma mane olmamışdı və hətta Jenninin ciddi
hərəkətinə belə zarafat və şitliklə cavab vermişdim. O vaxtlar məşhur olan “Qara
at” mehmanxanasında qraf Paxtın evində tam həyata keçirə bilmədiyim ən şən
zarafatlar üçün meydan tapmışdım. Yeyib-içdiyimiz adamların və səyahətçilərin
arasındakı təsadüfi elementlərdən gecə yarıya qədər inanılmaz axmaqlıqlar et-
diyimiz kompaniya yığa bilmişdik. Məni xüsusilə bir tacir daha çox şənləndirir,
əhvalımı qaldırırdı. Bu bəstəboy adam çox qorxaq olsa da, zirək görünməyə çalı-
şırdı. Lakin onun Frankfurt-Oderdən olması məni maraqlandırmaq üçün bəs edir-
di. Avstriyanın o vaxtki vəziyyətini bilənlər, gecənin bir yarısı bütün kompaniyanı
mehmanxananın zalında Marselyoza oxumağa məcbur etdiyimi eşidib özbaşına-
lığımın həddini anlayardılar. Bu qəhrəmanlıqdan sonra isə soyunub divarın çöl
karnizi ilə ikinci mərtəbənin bir pəncərəsindən o birinə keçib uşaq vaxtı akrobatik
məşğələlərdən qazandığım vərdişlərdən xəbəri olmayanları dəhşətə gətirmişdim.
Bu cür cürətkarlığa baxmayaraq səhəri gün polisə dəvət məni ayıltdı. Marselyoza
ilə bağlı epizodu xatırlayıb ehtiyatlandım. Müəyyən anlaşılmazlıq nəticəsində po-
lis bürosunda xeyli vaxt gözləməli oldim, qalan vaxtı isə komissara qısa göründü
və bəxtimdən şəhərdə qalacağım müddətlə bağlı bir neçə əhəmiyyətsiz sualdan
sonra məni buraxdılar. Buna baxmayaraq daha ikibaşlı qartalın qanadının kölgəsi