Rixard Vaqner
Mənim həyatım
94
biz Teplisə yola düşüb bir neçə həftə orda qalırdıq. Və
Wihelsbourg”
da qızıl balıq
yeyib, üstündən əla növ Bilin suyu ilə Çernosek şərabı içib lazımi qədər qızışan-
dan sonra Hoffman, Bethoven, Şekspir, Heynzenin
Arginello
su və bir çox başqa
mövzularda söhbətlər edir, axırda da eleqant ekipajımızın oturacaqlarına sərilib
Prussiya kralı” otelinin birinci mərtəbəsində tutduğumuz böyük, eyvanlı otağa
qayıdanda günümüzü gənc tanrılar kimi keçirdiyimizi düşünərdik. Əyləncənin
çoxluğundan tez-tez böyük mübahisələr törədirdik. Əgər mübahisə açıq pəncərə
önündə keçirdisə, daha çox qorxmuş tamaşaçı yığırdı.
50
Bəzən səhərlər hava yaxşı olanda dostumun əlindən qaçıb “Şlakenburq”da
təklikdə səhər yeməyi yeyirdim və fürsətdən istifadə edib qeyd kitabçamda yeni
opera mətninin planını cızırdım. Bunun üçün Şekspirin əhvalıma uyğun olan
Qisasa qisas”ının süjetini əsas götürdüm. Lakin misli görünməmiş bir özba-
şınalıqla onu “Sevgi qadağası” adlı opera librettosuna çevirdim. Klassik opera
musiqisinə qarşı qəribə şəkildə və kəskin düşmənçilik mövqeyi tutan, xüsusən
puritan ikiüzlülüyünə qarşı, “azad hisslər”in cürətli müdafiəsinə yönəlmiş “Gənc
Avropa”, “
Ardingello”
fikrimin əsas fonu idi. Ciddi Şekspir mətnini yalnız bu
mənada anlamışdım. Mən ona xidmət göstərən qıza ehtiraslı eşq bəsləyən sərt,
ciddi mənəviyyata sahib ştatqalter görürdüm. Qız sevgi günahına görə ölümə
məhkum olunmuş qardaşının bağışlanmasını xahiş edərkən onu insan hisslərinin
hərarətinə yoluxdurub əyilməz puritanda ölümcül alovla yandırmışdı. Şekspirin
bu motivləri sonradan daha ciddi şəkildə, ədalət tərəzilərində ölçərək dəqiqliklə
işləməsinin mənim üçün əhəmiyyəti yox idi. Mən ikiüzlülüyün günah olduğunu
və sərt mənəviyyat məhkəməsinin qeyri-təbiiliyini ifşa etməyə çalışırdım. Ona görə
Şekspiri tamamilə bir kənara qoyub günahkarı qisas alan sevgi cəzasına məhkum
etdim. Hadisələri nağılvari Venadan qızmar Siciliyaya keçirdim. Orada əhalinin
ona aydın olmayan sərbəst davranışlarından heyrətlənən alman ştatqalteri puritan
islahatının keçirilməsinə başlayır və məğlub olur. Yəqin burada “Portiçidən olan
lal” və “Siciliyada axşam duası” xatirələrinin də müəyyən qədər təsiri olub. Bir
qədər düşünüb məzlum siciliyalı Bellininin də bu kompozisiyanın amilləri arasın-
da olduğunu kəşf edəndə özünəməxsus anlaşılmazlıqların nəticəsi olan təəccüblü
qui pro quo
ya görə gülməyə bilmirəm.
Bu hələ ki eskiz idi. Lazımlı etüdləri Bohemiyaya əyləncəli səyahətimiz za-
manı yazmağı düşünürdüm. Dostumu təntənəli şəkildə Praqaya aparırdım ki, o da
mənim orada keçirdiyim hissləri keçirə bilsin. Biz gözəl rəfiqələrimlə Praqada gö-
rüşdük. Qraf Paxtın ölümündən sonra ailənin həyatında damüəyyən dəyişikliklərə