93
Rixard Vaqner
Mənim həyatım
onun həllini mümkün qədər yüngülləşdirmək istəyirdim. Beləliklə, qısa rəyimdə
Evriante”
ni demək olar ki, ələ salaraq cəsarətimi və istənilən qərəzli fikirdən da-
şınmağa hazır olduğumu göstərdim. Əgər tələbəlik illəri insani simamın avaralıq
dövrü idisə, artıq artistik mənliyimin bədii-estetik inkişafı yolunda eyni mərhələyə
keçirdim.
49
May idi, gözəl yaz havası vardı. Bir yoldaşımın müşayiəti ilə gənclik roman-
tikamın cənnətməkan məskəni Bohemiyaya səfərim məni bürümüş “Gənc Avro-
pa” ab-havasını üzə çıxarmalı idi. Dostumun adı Teodor Apel idi. Biz çoxdan tanış
idik. Onun səmimi münasibətini qazandığımüçün özümü daha yaxşı hiss edirdim.
Çünki özüm də ona yunan poeziyası növlərinin təqlidçisi və böyük poetik metrika
ustası Avqust Apelin oğlu olduğu üçün, məşhur insanın övladının layiq olduğu
münasibəti göstərirdim. O, zəngin idi, yaxşı ailəyə mənsub idi. Beləliklə, onunla bu
münasibət bürger əlinə gec-gec düşən, yüksək sinfin komfortlu həyatına təmas im-
kanını verirdi. Anam bu cür hörmətli ailə ilə tanışlığa şad idi. Mən də öz növbəmdə
bu mühitdə xoş qarşılandığım üçün sevinirdim. Apel şair olmağı çox istəyirdi və
məncə, buna bütün imkanları var idi. İmkanlar dedikdə, zənginliyinin verdiyi
sərbəstliyi nəzərdə tuturdum. Bu onu pul qazanmaq məcburiyyətindən, deməli,
çörəkpulu qazanacağı peşə ilə məşğul olmaqdan azad edirdi. Ancaq onun ikinci
dəfə bir vəkilə ərə getmiş anası məhz bu məsələyə görə narahat olur və oğlunun
poetik istedadına şübhə edərək əsaslı vəkil karyerası qurmağını istəyirdi. Xüsusilə
mehribanmünasibət gördüyümbu qadın öz fikirlərini mənə aşılamaq üçün əlindən
gələni edirdi. O, dostuma yaxın təsirimdən istifadə edib oğlunu şair görmək kimi
ailəsindəki, yeni, ikinci bədbəxtliyin qarşısını almaq istəyirdi. Belə vəziyyət, məni
dostumun poeziya məşğuliyyətini və ailəsinə qarşı üsyankar əhvalını onun isteda-
dına xoş münasibətimdən daha çox dəstəkləməyə sövq etdi. Dostumun ürəyincə
oldu bu. Apel həm də musiqi ilə məşğul olurdu və pis bəstəkar deyildi. Bu isə
həmrəyliyimizi daha çox möhkəmləndirdi. Mən Leypsiqdə avara tələbə həyatı
yaşayarkən o, Heydelberqdə oxuduğu üçün qəribə tələbə hoqqalarında iştirak edə
bilməmişdi və biz 1834-cü ilin yazında görüşəndə münasibətlərimiz estetika və
həyatdan zövq almaq üzərində qurulmuşdu. Əgər ab-hava və mənsub olduğu-
muz burjuaziya mühiti imkan versəydi, dahiyanə avantüralara həvəslə baş qoşa
bilərdik. Həyat instinktinin gərginliyinə baxmayaraq biz Bohemiyaya səyahətdən
o yana keçə bilmədik. Ən azından bu səyahəti poçt arabası ilə yox, şəxsi ekipajı-
mızla həyata keçirməyimizin müəyyən əhəmiyyəti var idi. Uzun müddət bizim
yeganə əyləncəmiz olan gözəl arabada gündəlik gəzintilərə çıxdıq. Məsələn, bəzən