Rixard Vaqner
Mənim həyatım
92
48
Beləliklə, hamı qaçılmaz ləngimə ilə barışdı və mən bir müddət gələcək
barədə ümidlərlə başımı qatdım. Onun “Kostyuşko”suna musiqi yazmaqdan
imtina etsəm də, şöhrətin zirvəsində olan Laube ilə əlaqələrimi bərpa etdim. La-
ubenin məktub-romanının “Gənc Avropa” adlanan ilk hissəsi yenicə işıq üzü
görmüşdü və o vaxtki ümidlə dolu gənclik əhval-ruhiyyəmə həddindən artıq
həyəcanlandırıcı təsir göstərmişdi. Tendensiya baxımından mahiyyətcə sadəcə
Heynzenin “Ardingello”sunun reproduksiyası olan roman gənc beyinlərdə qay-
nayan əhvalın yoluna işıq tuturdu. Bu əhvalın əsas cizgiləri əsasən müxtəlif
ədəbi taxtların yarımklassik sahiblərinin yalançı və ya həqiqi gücsüzlüyünə
qarşı çıxan ədəbi tənqiddə önə çıxırdı. Digərləri ilə yanaşı Tikanın da aid edil-
diyi “köhnəfikirli” yazıçılar yeni ədəbiyyatın səhərini ləngidən boş ballast kimi
amansızcasına alçaldılırdı. Əgər indiyə qədər hörmət-izzətlə yanaşdığım alman
bəstəkarlarına münasibətimdə kəskin dəyişiklik baş vermişdisə, bunun bir gü-
nahkarı həmin bu cəlbedici-cəsarətli ədəbi münaqişələr idi. Lakin əsas səbəb Bel-
lininin “Romeo və Culyetta”sında Romeonu təsvir etməsi ilə hər kəsi arxasınca
sürükləyən Şreder-Devrienin qastrollarından qalan təəssüratlar idi. Bu təəssüratın
gücü indiyə qədər yaşadıqlarımın heç biri ilə müqayisə edilə bilməzdi. Səthi və
boş musiqi fonunda yaradılmış cəsur, ilhamlı gənc sevgili obrazı istər-istəməz əsl
alman yaradıcılığının dramatik janra tətbiq edilməsi cəhdlərinin sarsıdıcı uğur-
suzluğu barədə düşünməyə vadar edirdi. Amma beynimi bu fikirlərlə çox məşğul
etmir və gəncliyin hərarətli, həyəcanlı hisslərinə təslim olur, əvvəllər məni patetik
mistisizmə kökləyən istənilən növ ciddiyyətdən, ağıllı söhbətlərdən qeyri-ixtiyari
imtina edirdim. Polensin “Doqquzuncu simfoniya”ya dirijorluğu, Vena konserva-
toriyası, Dionis Veber və klassik musiqini mənim üçün ifadəsiz bir hala gətirən
digər pis misalların edə bilmədiyini Şreder-Devrienin Romeo rolunda fövqəladə,
həyəcanlandırıcı və maraqlı ifası sayəsində bu qeyri-klassik italyan musiqisi etdi.
Mühakiməmə təsir edən qüdrətli və kökünü anlamadığım səbəblərin təsiri
Ele-
gante Zeitung
a Veberin
Evriante”
si barədə yazdığım qısa rəydə özünü biruzə ver-
di. Bu opera Leypsiq teatr cəmiyyəti tərəfindən Şreder-Devrienin çıxışından bir
müddət əvvəl verilmişdi. Səhranın ortasında o vaxt dəb olan geyim elementləri ilə
peyda olduqda soyuq və solğun ifaçılar, xüsusilə, Evriantenin ifaçısı ürəyimi sıx-
mışdı. Onlar məcburi və sevgisiz işləyirdilər, klassik tələblərə riayət etməklərindən
razı qalırdılar və Veber musiqisinə sentimental gənclik istəyimi öldürmək üçün
əllərindən gələni etmişdilər. Laube ilə həmfikir olan biri tamaşanın başdan-aya-
ğa işgəncə olduğunu deyib maraqlı “Romeo” tamaşasını ona qarşı qoyanda ona
necə cavab verəcəyimi bilmədim. Mən bir problemlə üz-üzə dayanmışdım və