Rixard Vaqner
Mənim həyatım
172
Parisə gələndən bəri kasıb yaşasaq da, məsələn, balaca restoranda bir franklıq
yemək yesək də, kiçik dukat ehtiyatımız tezliklə tükəndi. Meller bizdən ayrılanda
ehtiyac olarsa, ona müraciət etməyimizi və ilk sərfəli işindən bizə müəyyən məbləğ
ayıracağına söz verdi. Başqa çıxış yolum yox idi. Amma hələlik əlimizdə olan bü-
tün dəyərli şeyləri girov qoymuşduq. İnsanlardan lombard barədə soruşmağa uta-
nıb fransız lüğətində bu mənaya gələn sözü axtardım ki, lövhələrdə rastlaşanda
tanıya bilim. Parisin planında şəhərin ucqar hissəsində
rue des Lombards
adlı kiçik
küçə tapdım. Bu küçədə uyğun bir şey tapmayaraq uzun müddət gəzdim. Lakin
əvəzində məni tez-tez fanarların işığı altında rast gəldiyim
Mont de piete”
yazısı
cəlb etdi. Evə qayıdıb məsələni ev şurasının həllinə təklif edəndə ifadənin “mö-
minlik dağı” mənasına gəldiyini öyrəndim. Məhz orada xilas tapacağım aşkara
çıxanda isə çox təəccübləndim və sevindim. Əlimizdə olan bütün gümüş əşyalar,
əsasən toy hədiyyələrimiz dərhal
Mont de piete
komissarının yanına köç etdi. Ar-
vadımın xırda zinət əşyaları, əvvəlki teatr qarderobunun qalıqları, həmçinin bir
vaxtlar Dessau hersoqinyasına məxsus olmuş gümüş işləməli uzun şleyfli gözəl
mavi paltarı da onların ardınca yollandı. Mellerdən hələ də cavab gəlməmişdi. Biz
Köniqsberqdən kömək gözləyə-gözləyə günləri yola verirdik. Nəhayət, günlərin
birində nişan üzüklərimiz də
Mont de piete
yə getdilər. Mən öyrəndim ki, lombard
qəbzlərinin müəyyən dəyəri var və girov qoyulmuş əşyalara haqlarla birlikdə
satıla bilər. Əvvəl-axır bu son mənbəyə üz tutmalı olduq. Şleyfli Dessau palta-
rı əlimizdən tamam çıxdı. Mellerdən cavab ala bilmədim. Sonralar mən Drezden
kapelmeysteri olanda ziyarətimə gələn Meller etiraf etdi ki, ayrılığımızdan sonra
qulağına guya onun haqqında dediyimiz son dərəcədə saymazyana və təhqiramiz
sözlər gəlib çatıbmış və bu onun xətrinə elə dəyibmiş ki, dost münasibətlərimizi
kəsmək qərarını veribmiş. Şübhəsiz, bizə böhtan atmışdılar və biz ehtiyac anında
köməkdən məhrum olmuşduq.
99
Elə bu çətin vaxtda bizə pis əlamət kimi görünən, bədbəxtliyin xəbərçisi
olan bir hadisə baş verdi. İnanılmaz çətinliklərlə Parisə gətirdiyimiz itimizi itir-
dik. Böyük ehtimalla onu yüksək dəyəri olduğu və göründüyü hər yerdə diqqət
cəlb etdiyi üçün bizdən oğurlamışdılar. Paris küçələrinin inanılmaz qarışıqlığı və
izdihamında o, bir vaxtlar Londonda nümayiş etdirdiyi instinktiv sədaqətini ən
parlaq şəkildə sübut etmişdi. Parisdə olduğumuz ilk günlərdən o, maraqlı köpək
kompaniyası tapmışdı və hovuza atılmış şeyləri çıxardaraq oradakı
gamins
ləri
əyləndirdiyi Palais royal bağına tez-tez baş çəkir, sonra isə evə qayıdırdı. Bizdən
adətən
Quai du Pont-Neuf
da çimmək üçün icazə alırdı. Bu zaman o, dərhal suya