Rixard Vaqner
Mənim həyatım
174
texnika onun üçün çırpılıb qəzaya uğrayan sualtı daş olmuşdu. Məsələ burasında-
dır ki, palitrada boyaların hazırlanması və xüsusilə fırçalaırn yuyulması o qədər
vaxtını alırdı ki, əli əsl işə heç vaxt çata bilmirdi. Qışda hava tez qaraldığı və fır-
çalar, palitralarla işi bitirəndə artıq heç nə görə bilmədiyi üçün o, bircə portret
belə tamamlaya bilməmişdi. Tövsiyə əsasında ona portret sifariş edən gəlmələr
işin yarısı tamamlanmamış Parisdən getməli olurdular. Üstəlik, onu xüsusi bir
bədbəxtlik izləyirdi. O, iddia edirdi ki, müştəriləri işin qızğın vaxtında ölürdülər.
Yalnız həmişə borclu olduğu mənzil sahibi istədiyini əldə edə bilmişdi və Kitts bu
dəhşətli adamın portretini tamamlaya bilmişdi. Lakin bildiyim qədərilə bu onun
yeganə bitmiş işi idi. Əvəzində onun söhbətlərimizin mövzusundan ilham alaraq
axşamlar çəkdiyi mahiyyətcə məsum və asan başa gələn kiçik eskizləri çox yaxşı
olurdu. Həmin qış o karandaşla mənim səliqəli portretimi çəkdi. İki il sonra məni
yaxından tanıdıqda isə onu dəyişdirdi. Bu portretin son variantı indi də qalır. Ax-
şam söhbətlərində mənəvi gücüm oyanan vaxt əhvalımda olan obrazımı kağıza
həkk etmək ona böyük zövq vermişdi. Əslində, elə bir axşam olmurdu ki, nəticəsiz
cəhdlərdən və bütün günün uğursuzluğundan əzginləşmiş məyus ruhsuzluğu-
mun yerini xasiyyətimə uyğun şənliyə, sakitliyə verməsin. Məhz ömrümün belə
kədərli çağında Kitts məni, dünyaya müvəffəqiyyətindən əmin və ömür yolunu
dodaqlarında təbəssümlə keçən bir adam simasında təqdim etməkdən zövq alırdı.
100
1839-
cu ilin sonunda o vaxtadək Eduard Avenariusa ərə getmiş kiçik ba-
cım Sessiliya da gəlib çıxdı. Gələcəyə hər hansı bir iddiamız olmadan gəldiyimiz
Parisdə bizi ən ağır maddi ehtiyac içində tapan gənc qadının gizlədə bilmədiyi
pərtliyini anlayırdıq. Həm də ki, onun özü də ərə gedəndən sonra parlaq mad-
di şəraitə düşməmişdi. Ona görə doğmalarımızın evinə gec-gec gedib onların
ziyarətini gözlədik. Bu isə elə də tez baş vermədi.
Əvəzində 1840-cı ilin əvvəlində arvadı ilə bir neçə aylıq Parisə gələn Haynrix
Laube ilə görüş bizə böyük sevinc bəxş etdi. Onun həyat yoldaşı İduna Budeus
leypsiqli zəngin bir həkimin dul qadını idi və Laube Berlindəki son ayrılığımızdan
sonra onunla xüsusi şəraitdə evlənmişdi. Hələ Laubenin həbs olunduğu vaxtlarda
gənc qadın onun taleyindən təsirlənib hələ tanış olmasalar da, böyükmaraq və qay-
ğı göstərmişdi. Mən Berlini tərk etdikdən bir qədər sonra Laubeyə gözlənilmədən
yüngül bir hökm oxunmuşdu. Onu bir illik həbs cəzasına məhkum etmişdilər. La-
kin icazə verilmişdi ki, öz istəyi ilə Sileziyadakı Muskau şəhər həbsxanasını seçsin.
Buranın ən böyük üstünlüyü dostu knyaz Püklerə yaxınlığı idi. O, knyaza tabe
olan həbsxana rəhbərliyinin xüsusi himayədarlığından istifadə edib hətta şəxsi