175
Rixard Vaqner
Mənim həyatım
əlaqələr də saxlaya bilirdi. Həbsxanaya düşəndə ona Muskauda dəstək və yar-
dımçı olmaq imkanı əldə etmək üçün İduna Budeus ona ərə gəlmişdi. Köhnə dos-
tumu mahiyyətcə yaxşılığa doğru dəyişmiş şərtlərdə görmək mənə nə qədər xoş
idisə, onun da öz növbəsində mənə əvvəlki dəyişməz rəğbətlə yanaşdığını dərk
etmək bir o qədər yaxşı təsir edirdi. Biz tez-tez görüşürdük. Həyat yoldaşlarımı-
zın arasında da dostluq münasibətləri yaranmışdı və Laube mənim şüursuzcasına
cəsarətli Parisə köçmə planıma xoşməramlı yumorla yanaşmağı bacaran ilk insan
idi. Onun evində Haynrix Hayne ilə tanış olmuşdum və hər ikisi tez-tez mənim
qəribə vəziyyətimi yaxşı mənada ələ salır, elə birinci özümü güldürürdülər. La-
ubenin Parisdə özümə yol açmaq niyyətimin nə qədər nəhəng çətinliklərlə dolu
olduğunu göstərmək cəhdləri ən mütərəddid ümidlərə əsaslanan vəziyyətimə ya-
naşdığım gümrah əhval ruhiyyəyə dəyib çilik-çilik olurdu. Əslində bu əhval onun
özünə də maraqlı gəlirdi. Ona görə seçdiyim həyat yoluna etiraz etməyərək mənə
yardım üçün vasitələr axtarmağa başladı. O, məndən gələcək hərəkətlərimin hər
hansı məqbul bir planını təqdim etməyi xahiş etdi ki, buna əsaslanaraq tezliklə
qayıdacağı vətəndə mənim üçün dəstək və kömək tapa bilsin. Elə həmin vaxt
Renaissance
teatrının rəhbərliyi ilə əlverişli müqavilə imzaladım. Deyəsən, daha
ayaqlarımın altında torpağı hiss edəcəkdim. Buna əsaslanaraq bildirdim ki, əgər
yarım il ərzində mənə maddi dəstək göstərilsə, nəyəsə nail ola biləcəm. Laube
bunun qeydinə qalmağa söz verdi və sözünün üstündə durdu. O, imkanlı leyp-
siqli dostlarından birinə təsir edə bildi və bu nümunə bəzi zəngin ailə üzvlərimə
də təsir etdi ki, mənə, Avenariusun vasitəsi ilə hər ay hissə-hissə ödənəcək maddi
dəstək sözü verildi.
101
Buna güvənib
hotel Garni
ni tərk edib
rue du Helder
də ayrı mənzil tutmaq
qərarına gəldik. Mənim həyatın praktiki məsələlərinə laqeyd münasibətimin
təsiriylə Minnanın bir qədər sarsılmış təmkini və qərarlılığı bu addımı atmaq-
da porblem yaratmadı. Həm də o, şəxsi təsərrüfatını quracağına və bunu
hotel
garni
dəki həyatdan və restoran yeməklərindən daha ucuz başa gətirəcəyinə ina-
nırdı. Nəticələr, bu ehtimalı təsdiqlədi. Ən pisi o idi ki, şəxsi ailə ocağımızı heç
bir əmlakımız olmadan qurmağa qərar vermişdik və ailə təsərrüfatı üçün lazım
olan hər şeyi vəsaitimiz olmadan əldə etməli idik. Burada Paris həyatının məxsusi
formaları ilə lazımınca tanış olan Lers yenidən köməyimizə gəldi. Onun fikrincə,
mənim Paris təşəbbüsüm yalnız riskimə müvafiq uğurla özünə haqq qazandıra
bilərdi. Belə ki, mənim uzun illər ərzində Parisdə bu uğuru gözləməyə vəsaitim
yox idi. Deməli, mən ya əlverişli hadisələrin qeyri-adi axınına ümid etməli, ya da