Rixard Vaqner
Mənim həyatım
176
dərhal bu plandan əlimi üzməli idim. Gözlənilən nəticələr bir il ərzində özünü
göstərməli idi. Əks-təqdirdə özümü qeyd-şərtsiz qəzaya düşmüş hesab etməli
idim. Yəni risk etmək lazım idi. İldə 1200 franka tutduğum mənzilin ödənişini
rüblərlə etməli idik. Lers təchizat və mebel üçün (ev sahibəsi vasitəsilə) lazımlı
əşyaları sonra imkan olanda ödəmək şərtilə kreditə verən bir “menuisier” tapmış-
dı. Lers dediyinin üstündə dururdu. O, hesab edirdi ki, zahiri həyatımda da özümə
inam nümayiş etdirməliyəm, yoxsa Parisdə heç nəyə nail ola bilməyəcəkdim.
Əsərlərimin sınaq ifası yaxın gələcəkdə baş tutacaqdı. Renaissance teatrı sarıdan
rahat ola bilərdim, Dümersan “Sevgi qadağası”nın mətnini fransız dilinə çevirmək
arzusu ilə alışıb yanırdı. Bütün bunlara arxalanaraq risk etdim. Biz aprelin 15-də
rue du Helder
dəki evin konsyerjinin təəccübünə rəğmən qeyri-adi dərəcədə az ba-
qajla yeni, kifayət qədər rahat mənzilimizə köçdük.
Anders böyük ümidlərlə tutulmuş mənzildə məni ilk dəfə ziyarət edəndə
Renaissance
teatrının özünü müflis elan edib bağlandığını bildirdi. Məni ildırım
kimi vuran bu xəbər gözlərimdə adi bədbəxt təsadüfdən daha böyük bir şey idi.
O, bir göz qırpımında gələcək ümidlərimin faydasızlığını göstərdi. Dostlarım ehti-
mallarını bildirib deyirdilər ki, çox yəqin Meyerber məni Böyük operadan
Renais-
sance
teatrına yönəldəndə şübhəsiz bu teatrın işlərinin gedişatından xəbərdar idi.
Hələ ki, bu fikirdən doğulan nəticələrin üzərində çox dayanmırdım. Mənə bir sual
əzab verirdi: indi bu rahat mənzildə nə edim?
102
Bu arada ifaçılarım sınaq üçün “Sevgi qadağası”ndan seçdiyim nömrələri
öyrənə bilmişdilər və mən mütləq fürsətdən istifadə edib onları bir neçə mötəbər
şəxsin mühakiməsinə təqdim etmək istəyirdim. Burada söhbət heç bir gələcək
öhdəlik olmadan sınaqlarda iştirak etməkdən getdiyi üçün o vaxt Düponşelin
gedişindən sonra müvəqqəti olaraq Böyük operanın direktoru vəzifəsini tutan
Eduard Monne həvəslə dəvətimi qəbul etdi. Üstəlik, ifaçılar onun müəssisəsinə
məxsus idilər. Mən Skribi ziyarət edib şəxsən dəvət etməyə qərar verdim. O, çox
nəzakətlə gəlməyə söz verdi. Günlərin bir günü kompozisiyamın üç nömrəsi özü-
mün royalda müşaiyətimlə Böyük operanın foyesində bu iki dinləyicinin iştira-
kıyla ifa olundu. Onlar musiqiminn “
charmante”
olduğunu dedilər. Skrib Böyük
operanın rəhbərliyi mənə musiqi sifariş edən kimi mətn yazmağa hazır olduğunu
bildirdi. Monne buna qarşı çıxmasa da, yalnız indi belə bir şeyin qeyri-mümkünlü-
yünü bildirdi. Mənə aydın idi ki, bunların hamısı sadəcə nəzakətli sözlərdir. Lakin
mən xüsusilə Skribin gəlməsini və mənə nəzakətli sözlər deməyi lazım bilməsini
çox xoş bir şey hesab edirdim.