177
Rixard Vaqner
Mənim həyatım
Qəlbimin dərinliklərində bu yüngül gənclik əsərimlə bir daha məşğul olub
ondan sınaq üçün üç nömrə göstərməyimə görə utanırdım. Əlbəttə bunu, yün-
gül janrın Parisdə bəyəniləcəyinə və mənə nəyəsə nail olmağa kömək edəcəyinə
inanaraq seçmişdim. Beləliklə, bu istiqamətlə, çoxdan hazırlanan və geri dönüşü
olmayan ayrılıq Paris ümidlərimin tamam puç olmasıyla üst-üstə düşdü. Amma
vəziyyətim elə idi ki, böyük daxili sınmanı hamıdan, xüsusən də yazıq arvadım-
dan gizlətməli idim və bu da mənə xüsusi əziyyət verirdi. Əgər zahirən gələcəyə
görə narahat olduğumu göstərmirdimsə, ürəyimdə Parisdə hər hansı bir uğur
qazanmağa ümid etmirdim. İrəlidə yalnız sonsuz ehtiyac və kədər görərək dərin
dəhşətlə may günəşinin dolu şüaları altında daha şən görüntüyə bürünən Parisə
baxırdım. İstənilən növ yaradıcı təşəbbüslər üçün əlverişsiz dövr yetişmişdi.
Gizli ümidlə döydüyüm hər qapıdan eyniliyi ilə vahiməyə salan cavabı alırdım:
Monsieur est a la campagne”
.
Özümüzü, bu rəngli və səs-küylü, təlaşlı kütlənin
içində yad hiss etdiyimiz davamlı gəzintilər zamanı, zavallı arvadımın başını bu
dəhşətli qarışıqlıqdan qurtarmağın, səs-küydən uzaqlaşmağın, opera və musiqini
tamamilə unutmağın, sağlam əməklə şüurlu həyat yaşamağın mümkün olduğu
Cənubi Amerika respublikaları barədə sonsuz xülyalarla aldadırdım. Minnanın
nəyə ehyam vurduğumu anlamadığını görüb,
Tschokke
nin təzəlikcə oxuduğum
die Gründung von Maryland”
hekayəsindən danışdım. Hekayə məni yorulmuş
və izlənən avropalı köçkünlərin orada hiss etdiyi yüngüllük və azadlıq duyğu-
su ilə yoluxdurmuş və məftun etmişdi. Lakin məndən daha praktik olan Min-
na öz növbəsində yeni qənaət üsulları düşünərək birtəhər özümüzü saxlamalı
olduğumuzu deyirdi. Artıq hələ də Parisdə ifa etməyə ümid bəslədiyim “Uçan
hollandiyalı”nın planını işləməyə başlamışdım. Bütün materialı bir pərdəyə sığış-
dırmaq istəyirdim. Hər şeydən əvvəl, süjet məni buna vadar edirdi. Nifrət etdiyim
opera mexanizmindən yan ötərək onu əsas qəhrəmanlar arasındakı sadə dramatik
əhvalata sıxlaşdıra bilərdim. Praktiki cəhətdən də adətən baletdən əvvəl
lever de ri-
deau
kimi səhnələşdirilən birpərdəli operanı qəbul etdirməyin daha asan olacağını
düşünürdüm. Berlinə, Meyerberə bu barədə yazıb kömək istədim. Bundan başqa
Riensi” üzərində işə başladım və sona çatdırana qədər fasilə vermədim.
103
Bu arada vəziyyətimiz get-gedə çətinləşirdi. Laubenin səyləri nəticəsində
mənə təyin olunan subsidiyanı əvvəldən almalı oldum. Lakin bu cür hərəkətlər
Parisə köçməyimizin məramını getdikcə daha az anlayan yeznəmiz Avenarius-
dan bizi uzaqlaşdırırdı. Bir səhər müddəti yaxınlaşan ilk mənzil ödənişimiz üçün
pul tapmaq üçün baş sındıranda poçtalyon Londondan göndərilən bir bağlama