Rixard Vaqner
Mənim həyatım
178
gətirdi. Mənə elə gəldi ki, bu bağlama göydən düşüb və səbrsizlikə möhürü qır-
mağa başladım. Poçtalyon isə poçtu qəbul etməyim haqqında imza atacağım ki-
tabçanı təqdim etdi və məlum oldu ki, mən yenidən göndəriş üçün yeddi frank
ödəməliyəm. Üstəlik, bağlamada London Filarmoniya cəmiyyətinin mənə qay-
tardığı “Rule Britannia” uvertürasını görəndə dəhşətimin həddi-hüdudu yox
idi. Mən hiddətlə poçtalyona bağlamanı qəbul etmədiyimi bildirdim. O, isə artıq
bağlamanı açdığımı əsas gətirərək enerjili şəkildə etiraz edirdi. Lakin etirazlar kar
etmədi. Yeddi frankım yox idi. Mən bildirdim ki, o, yenidən göndərməyə görə
ödəniş etməli olduğumu çox gec deyib və nəhayət poçtalyonu uvertüamın yeganə
nüxsəsinu Laffit və Qalyar cənablarının poçt şirkətinə qaytarmağa məcbur etdim.
Onlar nüsxəni istədikləri kimi istifadə edə bilərdilər. Bu əlyazmanın taleyi ilə heç
vaxt maraqlanmadım.
Bu cür yoxsul vəziyyətdə gözlənilmədən köməyimizə Kitts gəldi. O,
Leypsiqdə yaşayan çox zəngin və xəsis qarımış qız olan xanım Lepledən analı-
ğı ilə birlikdə gələcəyi Parisdə özü üçün ucuz mənzil axtarmaq tapşırığı almış-
dı. Çox geniş olmasa da, sadə tələbatlarımız üçün həddindən artıq böyük olan
mənzilimiz bizə çətinlik yaratdığından onun ən yaxşı hissəsini Parisdə qaldığı
müddətdə, yəni iki aylığına bu xanıma kirayə vermək qərarına gəldik. Bundan
başqa, arvadım gəlmələrə lap hansısa
hotel garni
dəki kimi səhər yeməyi də verirdi.
Bir neçə su qənaət edə biləndə bunu öz gəliri bilib sevinirdi. Evimizdə həddindən
artıq yad bir insanın yaşaması nə qədər məşəqqətli olsa da, onun gəlişi maddi
cəhədən bu ağır vaxtdan çıxmağa kömək etdi, ev təlaşlarına baxmayaraq mən “Ri-
ensi” üzərində maneəsiz işləyə bilirdim. Xanım Leplenin gedişindən sonra otağı-
mızı asudə vaxtlarında fleytada ifa edən səyyar agentə kirayə verəndə vəziyyət
daha ağır idi. Briks adlı təvazökar və mehriban sakinimizi təzəlikcə tanış olduğu-
muz rəssam Pext gətirmişdi. Pextlə, Delaroşun emalatxanasında birlikdə çalışdığı
Kitts vasitəsilə tanış olmuşduq. O, Kittsin tam əksi idi. Şübhəsiz, daha az istedadlı
Pext qeyri-adi çalışqanlıq və ciddiyyətlə qarşısına qoyduğu məqsədə nail olurdu.
Onun məqsədi əlverişriz şəraitə baxmayaraq mümkün qədər az müddət ərzində
rəssamlıq sənətinə yiyələnmək idi. O, savadlı adam idi, daima inkişafını tamam-
layır və ümumiyyətlə, özünü vicdanlı, ciddi və kifayət qədər etibarlı adam kimi
göstərirdi. Bizimlə bir o qədər yaxın əlaqələrdə olmasa da, kədərli günlərimizdə
bizi tərk etməyən və demək olar ki, hər axşam evimizdə yığışan azsaylı dostları-
mızın arasına daxil ola bilmişdi.