179
Rixard Vaqner
Mənim həyatım
104
Günlərin birində Laube gözlənilmədən daimi dost qayğısını bir daha sübuta
yetirdi. Qraf Kuşelev adlı birinin idarəçisi evimizi ziyarət etdi və artıqKöniqsberqdə
Laubedən eşitdiyi vəziyyətim barədə bir neçə sual verdikdən sonra qısa və aydın
şəkildə qrafın mənə faydalı olmaq istədiyini, buna görə də tanış olmağı arzuladı-
ğını bildirdi. Məsələ burasında idi ki, o Parisdə, özü ilə Rusiyadakı mülklərindən
birinə aparmaq istədiyi kiçik komik opera üçün truppa yığmaq niyətində idi. Məhz
bu opera üçün o, həm də heyət yığmağa kömək edəcək dirijor axtarırdı. Həvəslə
qrafın otelinə yola düşəndə yumşaq və sadə rəftara malik, bir qədər yaşlı adamla
qarşılaşdım. O, böyük rəhmdilliklə məni kiçik fransız nəğmələrimi ifa etməyə va-
dar etdi. Təcrübə çatışmazlığı olmayan qraf ilk baxışdan mənim özü üçün yararsız
adam olduğunu hiss etdi və opera müəssisəninin sonrakı müzakirələrinə başla-
madı. Lakin bu zaman o, nəzakətli davranışını qoruyurdu. Həmin gün o, bir neçə
nəzakətli sözlərlə birlikdə on liduor göndərdi. Hansı xidmətlərimə görə bu pulları
mənə təklif etməyə borclu olduğunu bilmədiyim üçün ona məktub yazıb məndən
nə arzuladığını, necə kompozisiya istədiyini soruşdum. Çünki bu məbləğin həmin
sifarişin qonorarının avansı olduğunu ehtimal edirdim. Heç bir cavab almadıqda
bir neçə dəfə onun qəbuluna düşməyə çalışdım. Sonra ətrafdan eşitdim ki, qraf
Kuşelev yalnız Adamın janrında operaları qəbul edir. Onun zövqünə uyğun opera
heyətinin tərkibinə gəldikdə isə burada söhbət bədii müəssisədən çox, kiçik seral-
dan gedirdi.
Musiqi naşiri Şlezingerlə hələ də heç nə alınmırdı. Onu kiçik fransız
nəğmələrimi çap etdirməyə razı sala bilmirdim. Lakin adımı məşhurlaşdırmaq
üçün hər hansı bir tədbir görməyi arzulayaraq “İki qrenadyor”u öz hesabıma çap
etdirmək qərarına gəldim. Kitts möhtəşəm üz qabığı çəkməli idi. Sonda Şlezinger
xərcləri ödəmək üçün məndən 50 frank istədi. Bu nəşrin taleyi çox maraqlıdır.
O, Şlezingerin firması altında çıxdı və əlbəttə ki, bütün çap xərclərini ödədiyim
üçün onun gəlirləri mənim xeyrimə olmalı idi. Lakin Şlezingerin bu nəşrin heç
bir nüsxəsinin satılmaması barədə sözlərinə inanmalı oldum. “Riensi” meydana
çıxandan sonra Drezdendə sürətlə ad qazananda, nəşrləri demək olar tərcümə
edilmiş fransız əsərlərindən ibarət maynslı musiqi naşiri Şott “İki qrenadyor”u
Almaniya üçün çap etməyi faydalı bildi. O, fransız tərcümə mətnin altından
Haynenin orijinal mətnini yerləşdirdi. Lakin fransız şeiri çox sərbəst uyğunlaş-
dırıldığı və ölçüsünə görə orijinaldan kəskin fərqləndiyi üçün kobud və gülünc
uyğunsuzluğa düçar oldu. Əsərimlə bu cür rəftardan əsəbiləşib “Qrenadyorlar”ı
icazəm olmadan nəşr edən Şottun hərkətlərinə etiraz etməli oldum. Cavabında
Şott məni təhqirə görə məhkəməyə cəlb etməklə hədələdi. Çünki çap olunan əsər