Rixard Vaqner
Mənim həyatım
180
Şlezingerlə onun arasındakı müqaviləyə əsasən qeyri-qanuni yox, təkrar yeni nəşr
kimi çap olunmuşdu. Bu incəliklərdən baş çıxara bilmədiyimə görə və sonrakı
xoşagəlməzliklərdən qaçmaq üçün ittihamımı geri götürməli oldum. 1848-ci ildə
Parisdə Şlezingerin varisi cənab Brandusu öyrəndiklərimə əsasən ikinci dəfə nəşr
olunan əsərimin taleyi barədə sorğu-sual edəndə orada mənim müəllif haqqlarım
barədə heç eşitmək belə istəmədilər. Kompozisiyamın nüsxəsini almaq istəyim
olmadığı üçün indinin özündə də onu əlimdə tutmamışam. Əsərlərimin bu cür
sərfəli fırıldaqlarla çapının hansı həddə çatdığı sonralar üzə çıxacaqdı.
105
Hələlik isə Şlezingerin çapa xərclədiyi 50 frankı ödəməli idim. O, mənə bu
məqsədlə nəşr etdiyi
Gazzete musicale”
də iş təklif etdi. Lakin fransız dilini mətn
yazacaq dərəcədə bilmədiyim üçün məqalələrimi tərcüməyə göndərirdim və qo-
norarımın yarısı tərcüməçiyə gedirdi. Şlezinger buna baxmayaraq mənə bir çap
vərəqinə görə qalacaq 60 frankla təsəlli verirdi. Çap vərəqinin nə mənaya gəldiyini,
qonorarımı almaq üçün həmin anlarda kefi pozulan naşirimin yanına gələndə an-
ladım. O, üzərində rəqəmlərlə sütundakı sətirlərin sayı işarələnmiş iyrənc dəmir
aləti məqaləmə tutub dəqiqliklə ölçdü, başlıqla imza arasındakı məsafəni çıxdı,
sonra sətirlərin sayını hesabladı. Məlum oldu ki, mənim bir vərəq hesab etdiyim
şey əslində yarım vərəq imiş. Hər necəsə, mən Şlezingerin qəzeti üçün yazmağa
başladım. İlk yazımkifayət qədər böyük
De la musique allemande”
oçerki oldu. Ora-
da alman musiqisinin səmimi və ciddi xarakteri barədə fantastik tövrlə söz açmış-
dım. Hətta onu oxuyan Anders qeyd etmişdi ki, Almaniyada vəziyyət həqiqətən
belə olsaydı, yaxşı olardı. Məqaləmin italyan dilinə tərcümə edilib Milanın musiqi
qəzetində nəşr olunması isə məni lap çaşdırdı. Özü də məni səhvən
dottissimo mu-
sico tedesco”
adlandırmışdılar. Görünür, məqalə rəğbətlə qarşılanmışdı. Şlezinger
məndən rus generalı Lvovun düzəlişi ilə Perqolezinin
Stabat Mater
i barədə - hər
halda müsbət – rəy yazmağı istədi və mən bu tapşırığı müvafiq ölçülərdə yerinə
yetirməyə çalışdım. Öz təşəbbüsümlə artıq daha sadə tonda
Du metier du Virtuose
et de l`independance du Compositeur”
məqaləsini yazdım.
Yayın ortasında Meyerber gözlənilmədən Parisə gəldi. O, mənə böyük
rəğbət və lütf göstərdi. Ona baletlə eyni anda səhnələşdirilə bilən bir pərdəlik
opera yazmaq fikrimi bildirdim və məni Böyük operanın yeni direktoru Leon
Pille ilə tanış etməsini istədim. Meyerberlə birlikdə bu cənabın yanına yollandıq.
Lakin bu zaman mənim xoşuma gəlməyən gözlənilməzlik məlum oldu. Mənim
nə iş görəcəyimi müzakirə edən zaman Meyerberin ağlına başqa bir bəstəkarla
birlikdə birpərdəlik balet pyesi yazmaq təklifi gəldi. Əlbəttə, bu barədə eşitmək