181
Rixard Vaqner
Mənim həyatım
belə istəmirdim və cənab Pilleyə “Uçan hollandiyalı”nın süjetinin sıxılmış eskizini
verdim. Meyerber bu dəfə uzun müddətliyinə Parisi tərk edəndə işlər bu yerdə idi.
106
Xeyli vaxt Pilledən heç bir xəbər almadan “Riensi” üzərində işi davam et-
dirirdim. Lakin tez-tez Şlezingerin azdan-çoxdan maddi dəstək olan sifarişlərini
yerinə yetirmək üçün işlərimi təəssüflə yarıda kəsməli olurdum.
Gazette musicale”
ilə əməkdaşlıq az gəlir gətirdiyi üçün Şlezinger bir dəfə mənə
kornet-a-piston
üçün
metodik vəsait hazırlamağı təklif etdi. Karıxdığımı görüb mənə Paris gəncliyinin
sevimli ev aləti üçün artıq mövcud olan təlimlərindən beşini mənə göndərdi. Şle-
zinger əlinin altında belə təlimatların olmasını istədiyi üçün bu beş təlimdən altın-
cısını quraşdırmalı idim. Bunu necə edəcəyim barədə baş sındırmağa başlamışdım
ki, Şlezingerə hazır altıncı təlimi göndərdilər və o məni bu əziyyətdən azad etdi.
Lakin əvəzində mən
kornet-a-piston
üçün azı on dörd süita yazmalı idim. Süita-
lar adı altında bu alət üçün uyğunlaşdırılmış opera melodiyalarından poppurilər
nəzərdə tutulurdu. Məni iş üçün materialla təchiz etmək üçün Şlezinger mənə
müxtlif operaların nə az, nə çox-düz altmış tam klaviraustsuqunu göndərmişdi.
Onlara baxıb və süitalar üçün uyğunmelodiyaları seçib hər cilddə lazımlı səhifələri
qeyd etdim. Sonra iş stolumun üzərində altmış klaviraustsuqdan orijinal qurğu
ucaltdım ki, yerimdən qalxmadan müxtəlif melodik materiallara əlim çatsın. İş tam
sürəti ilə irəliləyəndə Şlezinger mənə bildirdi ki, Parisdəki ən yaxşı
kornet-a-piston
virtuozu Şlits işlərimi nəzərdən keçirəndən sonra deyib ki, mənim bu alət haqqında
heç bir təsəvvürüm yoxdur və mən parislilərin başa düşə bilməyəcəyi yüksək tonal-
lıqlar götürürəm. Bu məni sevindirdi, yazıq Minnanı isə təəccübləndirdi. Bitirdiyim
hissə Şilts onu düzəltməyə razı olduğu üçün qəbul edilmişdi və bu alicənablığına
görə ona mənim qonorarımın yarısı verilmişdi. Sifarişin qalan hissəsindən isə xilas
olmuşdum və altmış klaviraustsuq
rue Richelieu
dakı qeyri-adi mağazaya geri qayıt-
mışdı.
Beləliklə, mənim gəlirlərimin vəziyyəti kifayət qədər pis idi. Evdəki ehtiyac
böyüyürdü. Amma mən yenidən dayanmadan “Riensi”nin son işləri ilə məşğul
olmaq imkanı tapmışdım. 19 noyabrda nəhayət, operaların ən genişi üzərində
işi tamamladım. Hələ əvvəllər onu səhnələşdirmək üçün Drezden saray teatrına
verməyi qərarlaşdırmışdım. Əsərim uğur qazansa, Almaniyaya qayıtmaq üçün
körpü də yaranacaqdı. Həm də Drezden teatrının tenoru Tixaçekin simasında əsas
rolun ən yaxşı ifaçısını görürdüm. Üstəlik, əvvəlki vaxtlardanmənə dost münasibət
bəsləyən və ailəmə diqqətinə görə, uğursuz nəticələnsə belə “Pərilər”imin Drez-
den saray teatrında səhnələşdirilməsinə çalışan Şreder-Devrienlə tanışlığıma da