Rixard Vaqner
Mənim həyatım
182
güvənirdim. Bir də teatrın katibi, saray məsləhətçisi Vinkler (Teodor Gell adı ilə
məşhur idi) ailəmizin köhnə dostu idi. Kapelmeyster Reysigerlə də tanış idim.
Apellə Bohemiyaya gənclik ekskursiyası zamanı kapelmeysterlə Drezdendə şən
bir axşam keçirmişdik. Bütün bu şəxslərə müvafiq inandırcı məktublar yazdım və
teatrın rəhbəri cənab fon Lüttihauya rəsmi müraciət, hətta Saksoniya kralına for-
mal xahiş ünvanladım. Yazdıqlarımı göndərmək üçün hazır etdim.
107
Əvvəlcə metoronomun yardımı ilə operamın templərini göstərməyə çalış-
dım. Belə bir alətim olmadığı üçün onu borca götürməli oldum və bir səhər met-
ronomu nazik paltomun altında gizlədim, sahibinə qaytarmaq üçün evdən çıx-
dım. Bu baş verən gün həyatımın ən möcüzəli günlərindən idi. Elə bil, o vaxtkı
vəziyyətimin bütün bədbəxtlikləri üstümə ən dəhşətli vəziyyətdə tökülmək üçün
birləşmişdilər. Gündən-günə yoxsullaşan evimizi idarə etmək üçün frank tap-
maqda daha çox çətinlik çəkməyimlə yanaşı, həmçinin Parisdə qəbul olunduğu
kimi yeni mənzili tərtib edərkən ödənişin təminatı olaraq verdiyim veksellərin
vaxtı çatmışdı. Bu vəziyyətdən çıxış yolu gözləyərək veksel sahiblərini ödənişi
gecikdirməyə razı salmalı idim. Sırf ticari dəyər daşıyan bu tip veksellər əldən-ələ
keçdiyi üçün şəhərin müxtəlif hissələrində çoxlu adamları axtarmalı oldum. Təyin
olunan gün Sitenin beşinci mərtəbəsində yaşayan pendir satıcısını razı salmalı
idim. Eyni zamanda kömək üçün o vaxt Parisə gələn yeznələrimin qardaşı Haynrix
Brokhauza müraciət etmək qərarına gəldim. Şlezingerin yanına gedib ondan heç
olmasa, partituraları göndərməyə kifayət edəcək qədər pul götürmək istəyirdim.
Metronomu da götürüb səhər tezdən evdən çıxdım. Pul tapmaq üçün evdən çıxan-
da evə gec gələcəyimi bilən Minnayla ürək ağrısı ilə sağollaşdım. Küçədə sıx du-
man var idi. Qapıdan çıxanda gördüyüm ilk şey bir il əvvəl itmiş Robber idi. Mənə
elə gəldi ki, qarşımda ruh dayanıb. Yüksək səslə iti çağırdım. O, məni dərhal tanıdı
və yaxın gəldi. Lakin əllərimi uzadıb ona tərəf gedəndə gözlənilməz görüşdən ka-
rıxmış heyvanda təəssüf ki, birgə həyatımızın son günlərində onu döyməyimdən
qalan qorxu hissini oyatdı. Görünür, bu qorxu bütün digər xatirələri boğmuşdu.
İt hürküb məndən kənarlaşdı və mən onun dalınca düşəndə sürətlə qaçmağa baş-
ladı. Aydın idi ki, o məni tanımışdı. Çünki döngələrdə dayanıb arxaya baxır və
mənim dəli kimi arxasınca qaçdığımı görəndə daha da sürətlə qaçmağa davam
edirdi. Beləcə, iti Müqəddəs Rox kilsəsinin yanında gözdən itirənəcən-küçəni get-
gedə daha sıx bürüyən dumanın arasında, qan-tər içində qala-qala, təngnəfəs, qol-
tuğumdakı metronomla birgə qovdum. Bir neçə dəqiqə heykəl kimi donub duma-
na baxdım. Bu dəhşətli gündə macəralarıma yol yoldaşı olmuş heyvanın xəyali