183
Rixard Vaqner
Mənim həyatım
peyda olmasının nə mənaya gəldiyini düşünürdüm. Onun köhnə sahibindən qor-
xaraq qaçması mənə pis əlamət kimi göründü və ürəyimi qəribə kədərlə doldur-
du. Dərindən sarsılaraq büdrəyə-büdrəyə heç də xoş olmayan işlərimi həll etməyə
yola düşdüm. Haynrix Brokhauzdan heç bir şeylə kömək edə bilməyəcəyi cava-
bını alıb gizlətməyə çalışdığım təhqir olunmuşluq duyğusu ilə ayrıldım. Sonra-
kı addımlarımın nəticələri o qədər ümidsiz idi ki, Şlezingerin iş yerində bir neçə
saat keçirdikdən sonra gecə düşəndə heç bir yardım əldə etmədən evə qayıtdım.
Hələ küçədə olarkən pəncərədən təlaşla yolumu gözləyən Minnanı gördüm. O,
uğursuzluğu əvvəldən hiss edib güclə, lakin yaxşı xasiyyətimizin xatirinə döz-
düyümüz sakinimiz və pansionerimiz fleytaçı Briksə ödənişi əvvəlcədən almaq
üçün müraciət etmişdi. Bunun sayəsində o, bir qədər qüvvətləndirici şam yeməyi
hazırlaya bilmişdi. Sonrakı yardımı ağır qurbanlar bahasına olsa da, Donisettinin
operasının uğurundan əldə etdim. Qalevinin operalarında əhəmiyyətli itkilərlə
qarşılaşan Şlezinger italyan maestrosunun çox zəif
La Favorita”
əsərini əldə et-
mişdi. Lakin əsər iki kiçik kabalet sayəsində Paris auditoriyasının korlanmış,
aşağı musiqi zövqünə görə uğur qazanmışdı. O, mənim çarəsiz vəziyyətimdən
xəbərdar idi və bundan istifadə etmək qərarına gəlib bir səhər sevinclə yanıma
gəldi, mənə təklif edəcəyi gəlirin nəhəng məbləği ilə gözümü qamaşdırmaq üçün
cəld qələm və kağız istədi. Tələb etdiklərini alandan sonra o belə bir şey yazdı:
La Favorita”,
mətnsiz iki əl üçün tam klaviraustsuq, eyni şey dörd əl üçün, kvar-
tetin tam köçürülməsi, eyni şey iki skripka üçün, eyni şey
kornet-a-piston
üçün.
Bütün bu işlər üçün 1100 frank. Avans kimi dərhal 500 frank veriləcək. Mən anla-
dım ki, bu sifarişi qəbul etsəm çiynimə böyük yük götürəcəm. Amma bir dəqiqə
belə tərəddüd etmədim. 500 frankı 5 franklıq qəpiklərlə evə gətirən dilənçilər kimi
stolun üstünə tökdük. Elə həmin vaxt bizi bacım Sessiliya Avenarius ziyarət et-
mişdi. Bizim zənginliyimizin mənzərəsi ona sakitləşdirici təsir bağışladı və bizə
qarşı münasibətlərdəki qərarsızlığı tamamilə yox oldu. Bundan sonra biz tez-tez
görüşməyə başladıq və Minna ilə məni qonaq çağırdı. Lakin mənim əylənməyə
halım yox idi. Son vaxtların sarsıntısı mənə elə ciddi təsir göstərmişdi ki, elə bil bu
vaxtacan elədiyim günahları yumaq üçün özümə cəza verib yeganə xilasım olan
təhqiramiz işə həsr etmişdim. Yanacağa qənaət etmək üçün yaşam sahəmizi bir
otağa qədər azaltmışdıq. Bu otaq bizim üçün həm yataq otağı, həm qonaq otağı,
həm də iş otağı idi. İki addım atmaq kifayət idi ki, yataqdan qalxan kimi iş stolu-
nun yanına çataq. Orada isə stulları çevirib yemək yediyimiz hissəyə keçirdik. Bu
stuldan yalnız gecə yenidən yatağa uzanmaq üçün qalxırdım. Mütəmadi şəkildə
dörd gündən bir özümə qısa gəzinti şəklində istirahətə izn verirdim. Bütün qış da-
vam edən belə həyat tərzindən sonra heç vaxt canımı qurtara bilməyəcəyim qarın
nahiyəsi orqanlarının xəstəliyini tapmışdım.