Rixard Vaqner
Mənim həyatım
184
108
Gəlirlərimiz Donisettinin operalarının əziyyətli və vaxtımı alan düzəlişini
boynuma götürüb Şlezingerin bu işi görə biləcək başqa adamının olmamasından
istifadə edərək 300 frank qoparda biləndə bir az da artdı. Bundan başqa hələ də
konservatoriya orkestrinin ifasında eşitməyə ümid bəslədiyim
Faust-Ouverture”
min orkestr partiyalarını yazmaq üçün də vaxt tapmalı idim. Öhdəmə götürdü-
yüm təhqiramiz musiqi işi haqda bir novella yazdım. “Bethoveni ziyarət” novel-
lası
Gazette musicale”
Une visite a Beethoven”
adı altında çıxmışdı. Şlezinger
novellanın diqqət cəlb etdiyini və xoşa gəldiyini, əslində, bir çox ədəbi qəzetlər
və vərəqlər tərəfindən bütöv və hissə-hissə çap olunduğunu gizlətmişdi. O,
mənə belə davam etməyi məsləhət gördü. Onda bu novellanın “Bir musiqiçinin
Parisdəki sonu” adlı variantını yazdım. Fransız dilində onun adı
Un musicien ent-
ranger a Paris”
idi. Orada özümü dözdüyüm təhqirlərə görə mükafatlandırdım.
Şlezinger onu əvvəlki kimi bəyənməsə də, əsasən Şlezingerin işini idarə edən bir
zavallının və H. Haynenin müsbət rəylərini qazanmışdı. H. Hayne belə demişdi.
Bu cür əsəri Hoffman belə yaza bilməzdi”. Hətta Berlioz da novellama reaksi-
ya verərək
Journal des Debats”
dakı felyetonlarından birində onun haqqında yaxşı
fikir bildirmişdi. Növbəti musiqili-estetik “Uvertüra haqqında” məqalə də onun
simpatiyasını qazanmağa səbəb olmuşdu. Bunun əsas səbəbi Qlükün “ Avlidada”
uvertürasını incəsənət nümunəsi kimi təqdim edərək, beləliklə, bu növ kompozi-
siyalara münasibətimi işıqlandırmağım idi.
Bu mənə Berliozla daha yaxından tanış olmaq üçün cəsarət verdi. Artıq Şle-
zingerin idarəsində məni ona təqdim etmişdilər və həmin vaxtdan orada tez-tez
görüşürdük. Mən “İki qrenadyor”umun nüsxəsini ona təqdim etsəm də, onlarla
bağlı fikrini ala bilməmişdim. O, mənə demişdi ki, bir az gitarada ifa etməyi bilir
və buna görə də əsəri royalda ifa etmək iqtidarında deyil. Lakin hələ keçən qış öz
rəhbərliyi altında eşitdiyim iri instrumental əsərləri mənə böyük təsir göstərmişdi.
Həmin qış (1839-1840) o, üç konsertdə (onların birində mən iştirak edirdim) ilk
dəfə “Romeo və Cülyetta” simfoniyasını ifa etmişdi. Bu mənim üçün yalnız şəxsi
təəssüratlarımdan irəli gələrəkbaş çıxarmaq istədiyimtamamiləyeni dünya idi.Hər
şeydən əvvəl, indiyə qədər təsəvvür belə etmədiyim orkestr ifasının virtuozluğu
mənə sarsıdıcı təsir göstərmişdi. Riskli kombinasiyaların fantastik cəsarəti və qey-
ri-adiliyi o dərəcədə dəqiq idi ki, elə bil əllə toxunsam hiss ediləcəkdi və bu, mənim
şəxsi musiqili-poetik hissiyatımı tamamilə boğurdu. Mən bütünlüklə indiyə qədər
təsəvvürüm olmayan və özüm üçün aydınlaşdırmalı olduğum şeylərə dalmışdım.
Düzdür, “Romeo və Cülyetta”da xeyli hissə mənə boşluq və əhəmiyyətsizlik təsiri
bağışlayırdı və bu daha xoşagəlməz idi. Çünki digər tərəfdən ölçülərinə və quru-