185
Rixard Vaqner
Mənim həyatım
luşuna görə uğursuz əsərin ayrı-ayrı maraqlı məqamları mənə elə fövqəladə güclə
təsir edirdi ki, onlara tənqidi münasibət imkanını tamamilə öldürürdü. Bunun
ardınca Berlioz həmin qış bir neçə dəfə “Fantastik simfoniya”sını və “Qarald”ı
ifa etdi. Bu iki əsər isə mənim təəccübümə və heyranlığıma səbəb oldu. Birincisi,
tərkibinə daxil edilmiş musiqili janr səhnələri ilə, ikincisi isə bütünlüklə xoşuma
gəlmişdi. Amma bu heyrətamiz bəstəkarın nəhəng, ən ağıllı şəkildə uyğunlaşdı-
rılmış, hərbi orkestr üçün yazılmış və 1840-cı ilin yayında Bastiliya meydanında-
kı İyul sütununun açılışında ifa olunan son əsəri-“İyul inqilabının qurbanlarının
xatirəsinə dəfn simfoniyası”, öz növündə yeganə və misilsiz bədii naturanın bü-
tün əzəmətini və qüdrətini göstərmişdi. Mən heç vaxt bütünlükdə bu şəxsin mənə
aşıladığı qəribə, dərin və ciddi utancaqlığın öhdəsindən gələ bilmədim. Canımda
həmişə mənə yad olan bir şey qarşısında qorxu qalmışdı və bu qorxu beynimdə
bir sıra əziyyətli mülahizələrə səbəb olurdu. Düşünürdüm, Berliozun elə böyük
əsəri yoxdur ki, məni ovsunlamasın və eyni zamanda nifrət, darıxqanlıq oyatma-
sın məndə. Bu əzablı tapmacanı yalnız sonralar bütünlüklə dərk etdim.
109
Şübhəsiz, o vaxt özümü Berliozun qarşısında bir məktəbli kimi hiss edir-
dim. Buna görə də Şlezinger novellamın uğurundan istifadə edib mənə sərf edən
mənada
Gazette musicale”
nin təşkil etdiyi böyük konsertin proqramına orkestr
üçün yazdığım əsərlərdən birini daxil etrməyi təklif edəndə hiddətlənmişdim. Bi-
lirdim ki, ehtiyatımda olan kompozisiyalardan heç biri buna uyğun deyil. Yeni
Faust-Ouverture”
ə isə hələ etibar etmirdim. Elə düşünürdüm ki, onun fövqəladə
zərif və incə sonluğu yalnız mənə rəğbət bəsləyən tamaşaçılar qarşısında uğur
qazana bilər. Özü də ixtiyarıma ikinci ranqdan olan orkestri –
rue St. Honore
küçəsindəki kazinodan
Valentino
orkestrini – və cəmi bir məşq üçün verirdilər.
Ona görə qərar verdim ki, ya bu təklifdən biryolluq imtina etmək, ya da Maq-
deburqda yazdığım gənclik işim olan “Kolumb” uvertürası ilə bəxtimi sınamaq
lazımdır. Sonuncuda qərar tapdım. Orkestr partiyalarını hələ də konservatoriya
arxivində saxlayan Qabenekdən götürmək üçün yanına gedəndə o, quru, lakin
xoşməramla bu əsərlə Paris auditoriyası qarşısında çıxış etməyin təhlükəli oldu-
ğundan danışdı, bunu çox “
vague”
adlandırdı. Altı truba üçün ifaçı tapmaqda bö-
yük çətinliklərlə qarşılaşdım. Almanların böyük məharətlə ifa etdiyi bu alət Paris
orkestrlərində özünə nadir hallarda yaxşı musiqiçi tapırdı.
Kornet-a-piston
üçün
süitalarımın korrektoru Şilts mənə səmimi qəlbdən yardım etdi. O, trubaların
sayını dördə qədər azaltmağı məsləhət gördü və onlardan yalnız ikisinin yaxşı
ifasına boyun oldu. Həqiqətən məşqlərdə bu əsas effekt mənbəsi mənə çox əzab