Rixard Vaqner
Mənim həyatım
186
verərək tamamilə əldən salırdı. Yüksək, zərif yerlər bir dəfə də olsun, təmiz ifa
olunmamışdı. Bundan başqa, dirijorluq mənə həvalə olunmadığı üçün əsərimi
cəfəngiyyat sayan bir dirijorla da əziyyət çəkməli oldum. Mənə elə gəlirdi ki, onun
fikrini bütün orkestr bölüşdürürdü. Məşqdə iştirak edən Berlioz isə susurdu. O,
məni nə həvəsləndirir, nə də pərt edirdi. Təbəssüm və yüngül ah çəkərək mənə bu
işin Parisdə asan olmadığını bildirmişdi. Görünür, konsert axşamı (4 fevral 1841-
ci il) əsasən
Gazette musicale”
nin abunəçilərindən, deməli, mənim novellamla ta-
nış olan şəxslərdən ibarət auditoriya mənə qarşı dost münasibətdə idilər. Hətta,
məni inandırdılar ki, şübhəsiz, əsərin virtuoz tərəfinə, təhlükəli yerlərin ifasına
xüsusi diqqətlə yanaşan parisli dinləyicilər, ən effektli zərif tonlarda xaric ifa edən
naqis trubaçılar sayəsində güclə dözülən narahatlıq vəziyyətinə çatmasaydılar,
uvertüram nə qədər darıxdırıcı görünsə də, alqış qazanardı. Uğursuzluğumu, bu
bədbəxtlikdən sonra Parisin artıq mənim üçün mövcud olmadığını və yalnız bir
çıxış yolumun qaldığını gizlətmirdim. Yenidən miskin yataq otağıma qapanıb Do-
nisettinin operalarının aranjmanı ilə məşğul olmalı idim.
110
Özümü tamamilə işə verib inzivaya çəkilməyim o qədər böyük idi ki, günah
edən tövbəkar kimi saqqalımı qırxmadım və arvadımın böyük təəssüfünə baxma-
yaraq ömrümdə ilk və bircə dəfə onu uzatdım. Hər şeyə dözürdüm və yalnız hər
gün divarın o tayında Listin “Lüçio di Lammerm” fantaziyasını öyrənən pianist
məni dəli edirdi. Məruz qaldığım əzabları anlaması üçün bir dəfə kökdən düşmüş
royalı qonaq otağından yataq otağına daşıdımvə onun otağı tərəfdəki divarın yanı-
na qoydum, Briksdən isə fleytasını gətirməyi xahiş etdim. Biz birlikdə təzəcə royal
və skripka (ya da fleyta) üçün aranjman etdiyim “Favorit xanım”ın uvertürasını
ifa etdik. Görünür, bu, qonşum gənc musiqi müəlliminin gözünü yaman qorxut-
muşdu. Səhəri gün konsyerjin arvadı dedi ki, o, başqa mənzilə köçür. Bu məni bir
qədər utandırdı. Bu qadın bizə hörmət bəsləyir və mehriban münasibət göstərirdi.
Əvvəllər biz müxtəlif qaçılmaz ev işlərində, əsasən mətbəxdə və ya paltar, ayaq-
qabı və s. təmizləməkdə onun xidmətlərindən istifadə edirdik. Lakin sonunda ona
ödədiyimiz kiçik məbləğ belə bizim cibimizə görə olmadı və Minna özünü alçal-
daraq onun xidmətlərindən imtina etməli və bütün ev işlərini özü görməli oldu.
Özü yemək bişirən, qab yuyan arvadım bunu pansionerimizdən gizlədərək onun
çəkmələrini də təmizləməli idi. Konsyerj və ailəsi qarşısında bu cür alçalmaq çətin
idi. Lakin biz düz bilmişdik. Bu insanlar bizə həddindən artıq nəzakət və hörmətlə
yanaşırdılar. Məsələn, kişi tez-tez mənimlə siyasi söhbətlərə girişirdi. Bu, Fransaya
qarşı dördüncü birliyin qalxdığı, Tyerin müvəqqəti nazirliyi dövründə vəziyyətin