187
Rixard Vaqner
Mənim həyatım
ciddi hesab olunduğu vaxtlar idi və konsyerjim məni bu sözlərlə sakitləşdirirdi:
Cənab, Avropada kral Lui Filip, Avstriya imperatoru, Rusiya imperatoru, Prussiya pad-
şahı kimi dörd şəxs var. Dörddürlər onlar, bu...lar və biz onlarla müharibə etmirik“.
Çox vaxt axşamlar tək qalmırdım. Azsaylı dostlarım onlarla not kağızlarının
üstünə əyilib gecə yarısına qədər işləyə-işləyə danışmağıma öyrəşmişdilər. Yeni
il ərəfəsində onlar mənə dərindən toxunan sürpriz etmişdilər. Öz aralarında bu
axşamı mənimlə qeyd etmək üçün sözləşmişdilər. İlk olaraq böyük buzov budu
ilə Lers gəldi. Sonra Kitts rom, qənd və limon, Pext qaz, Landers bir vaxtlar royal-
ları haqqında tərif yazısı yazdığı ustanın hədiyyə etdiyi və təntənəli mərasimlər
üçün saxladığı ehtiyatdan götürdüyü iki şüşə şampan gətirdi. Mən iyrənc “Favorit
xanım”ı bir kənara tulladım və həqiqi həvəslə dostlarımla sevincli ziyafətə qoşul-
dum. Hazırlıqlarda hamı iştirak etməli idi. Qonaq otağındakı sobanı yandırmaq,
arvadıma mətbəxdə kömək etmək, çatışmayan azuqələr üçün dükana getmək la-
zım idi. Şam yeməyimiz əsl vakx ziyafətinə çevrildi. Şampanın ardınca punş da
təsirini göstərəndə mən iştirakçılara davamlı qəhqəhələrə səbəb olan təntənəli
nitqlə müraciət etdim. Bu uğurdan həvəslənib özümü saxlaya bilmirdim və başım
o dərəcədə qarışmışdı ki, öz pafosumdan ilhamlanıb qalxdığım stul kifayət etmədi
və mən stolun üstünə sıçradım. Heyran qalmış dinləyicilərimin qəhqəhələri göz
yaşları ilə əvəz olunana qədər yüksəklikdən Cənubi Amerika ölkələrini tərif et-
dim. Sonda hamını evimizdə qonaq saxlamalı olduq. Çünki dostlarımızı bu hal-
da evə göndərə bilməzdik. 1841-ci ilin ilk gününü “Favorit xanım” qarşısında
peşmançılıqda keçirdim. İkinci belə, lakin müqayisə olunmaz dərəcədə təntənəli
axşamı təsadüfən Kittsin köhnə tanışı olan skripkaçı Vyetan bizə qonaq gələndə
keçirmişdik. Parisdə böyük uğur qazanmış gənc artist bütün gecə məni və dostla-
rımı gözəl ifası ilə əyləndirmişdi. Həmin axşam mənim qonaq otağıma qeyri-adi
parıltı bəxş etmişdi. Kitts bu hərəkətinə görə onu çiyinləri üstündə həmin küçədə
yerləşən otelinə çatdıraraq minnətdarlıq etmişdi.
111
Həmin ilin əvvəlində Paris qaydalarını bilmədiyim üçün böyük zərbə aldım.
Təbii ki, biz mənzilimizdən imtina etmək üçün müqavilə ilinin tamamlanması-
nı gözləyirdik. Vədə yetişəndə “Marais” adlı şəxsi otelində yaşayan gənc və çox
zəngin dul sahibəmizin yanına özüm yollandım. O, məni bir qədər sıxılaraq qəbul
etdi, idarəçi ilə danışacağını bildirdi və məni onun yanına göndərdi. Mənə yazı-
lı şəkildə bildirdilər ki, imtinam yalnız həmin ərəfədə axşam müraciət etsəydim
məqbul hesab olunardı, vaxtı ötürdüyüm üçün mənzili daha birillik müddətə
kirayələməliyəm. Dəhşət içində idarəçinin yanına tələsdim. Güc-bəla ilə onunla