Rixard Vaqner
Mənim həyatım
188
şəxsən söhbət etməyə nail oldum və görünür, dəhşətli xəstləliklərdən iflic olmuş
qoca bir cənabla qarşılaşdım. Vəziyyətimi açıq şəkildə təsvir etdikdən sonra on-
dan xahiş etdim ki, müqaviləmi pozmaq üçün ev sahibəsindən mənim əvəzimə
xahiş etsin. O, cavabında bir gün gecikməyimin onun yox, mənim səhvim olduğu-
nu, mənzil pulunu vaxtında ödəməyimi məsləhət gördüyünü dedi. Böyük kədər
içində bu görüş barədə danışdığım konsyerjim təsəlli olaraq idarəçi haqqında belə
dedi: ”Bunu sizə deyə bilərdim, cənab, çünki özünüz də görürüsünüz ki, bu adam
içdiyi suya da dəymir“
.
Bu gözlənilməz bədbəxtlik belə mütərəddid maddi vəziyyətdən çıxmaq
ümidlərimizi tamamilə heç etdi. Bir müddət yeni sakin tapmağa çalışdıq. Mümkün
olmadı və Pasxanın gəlməsi ilə yaranan vəziyyətdən heç bir çıxış yolu tapmaya-
raq biz yeni müqavilə ilinə qədəm qoyduq. Nəhayət, konsyerj bir gün mənzilimizi
mebellə birlikdə bir neçə aylığına kirayələmək istəyən bir ailə barədə xəbər gətirdi.
Biz bu vəziyyətdən böyük sevinclə yapışdıq ki, ən azından növbəti mənzil ödənişini
verə bilək. Bu bəxtsiz mənzildən bir dəfə çıxandan sonra biryolluq onunla əlaqəni
kəsmək ümidimiz yaranmışdı. Vaxt itirmədən Paris ətrafında ucuz yay evi axtarma-
ğa başladıq. Bizi
Meudon
a yönləndirdilər. Həqiqətən orada
Meudon
yaxınlığında
Bel-
leuve
ilə birləşən yolun üstündə mənzil tutduq. Konsyerjə bundan sonra mənzilimizi
kimə gəldi kirayələməyi tapşırıb
rue du Helder
dəki evi tərk edərək birtəhər yeni sı-
ğınacağımıza yerləşdik. Üstəlik, kirayəçimiz mehriban fleytaçı Briksə də evimizdə
yer verməli olduq. O yazıq üçün də böhranlı dövr başlamışdı və pulunun olmadığı
vaxtda onu ev təsərrüfatımızdan kənarlaşdırsaydıq çıxılmaz vəziyyətə düşərdi. 29
apreldə sadəcə imkansızlıqdan qaçışla baş tutan bu miskin köç baş verdi. Biz bu
yayı hansı maddi vasitələrlə keçirəcəyimizi bilmirdik. Çünki Şlezinger bizim üçün
tükənmişdi və hələ ki, üfüqdə başqa mənbə görünmürdü.
112
Görünür, kiçik gəlirinə baxmayaraq müəyyən uğur qazandığım jurnal
işindən başqa çarə qalmırdı. Hələ ötən qış üçün Veberin “Freyşüts”ü barədə
kifayət qədər böyük məqalə yazmışdım, bu, publikanı Berliozun reçitativlərinin
əlavə edilməsi ilə Böyük teatrda gözlənilən tamaşaya hazırlamalı idi. Deyəsən,
Berliozun bu məqalədən xoşu gəlməmişdi. Mən orada bu cür təşəbbüsün risqli
olduğunu vurğulamaya bilməzdim: məhz formaca qədim musiqili
singspiel
dən
gələn bu əsəri əlavə kimi Böyük operanın nəfis repertuarına daxil eləmək, ilkin
ölçüləri təhrif etmək deməkdi. Tamaşanın nəticəsi mənim ehtimalımı doğrultsa da,
təşəbbüsün iştirakçıları mənə qarşı düşmən mövqe tutmuşdular. Lakin əvəzində
məqaləminməşhur Jorj Sandın diqqətini cəlb etməsi mənə son dərəcə xoş gəlmişdi.