189
Rixard Vaqner
Mənim həyatım
O, fransız əyalət həyatı barədə fantastik hekayələrindən birinin ön sözündə fran-
sızların “Freyşüts”də parlaq şəkildə ifadə olunan nağılvari, mistik elementi bü-
tün orijinallığı ilə tuta bilmək bacarığı barədə şübhələrə etiraz etməyə çalışmışdı.
Özü də bu zaman mənim məqaləmə istinad etmişdi. Jurnal fəaliyyətindəki yeni
təkan Drezdendə “Riensi”yə yer eləmək məsələsində mənə əziyyət verdi. Oranın
artıq adını çəkdiyim katibi Vinkler işin gedişatı barədə müxtəlif təfərrüatlardan
xəbər verirdi. Amma o, “Axşam qəzeti”nin naşiri kimi məndən havayı müxbir
kimi istifadə etmək niyyətində olduğu üçün ona tez-tez məktublar göndərməyimi
təklif edirdi. Əgər işimin nə yerdə olduğunu öyrənmək istəyirdimsə, onu müxbir
xəbərlərimlə razı salmalı idim. Nəticədə, saray teatrı ilə uzanan danışıqlar mənə
çoxlu korrespondensiya yazmaq fürsəti vermişdi. Otağıma qapanıb canlı Paris
təəssüratlarından məhrum olduğum üçün bu məni çox çətin vəziyyətə salırdı.
113
Zahiri görünüş dalınca qaçan Paris yaradıcı və ictimai həyatından uzaq-
laşmanın daha ciddi səbəbləri vardı. Qismən ağır sınaqlar və yaşantılar, qismən
də əvvəl məni hədsiz cəlb edən bu həyatın məhz səthi tərəflərinə mənəvi inki-
şafımın təbii gedişatının yaratdığı ikrah, dəhşətli sürətlə bu dünya ilə istənilən
təmasdan uzaqlaşdırdı məni. Düzdür, ilk dəfə burada gördüyüm “Qugenotlar”
tamaşası gözlərimi qamaşdırmışdı. Gözəl orkestr, fövqəladə səliqəli və effektiv
quruluş məni bu cür mükəmməl sənət texnikasının qarşımızda açdığı imkanla-
rı duymağa vadar etmişdi. Lakin qəribə bu idi ki, mən bu cür tamaşalarda tez-
tez iştirak etməyi arzulamırdım. İfaçıların davranışlarını daha çox karikaturaya
bənzədirdim və Parisdəki ən yeni, dəbli, zövqsüzlüklə şişirdilmiş ifa fəndlərini
təqlid edərək dostlarımı heyran edirdim. Əlbəttə, gülməli dəbli axının uğuru
üzərində maraqlı olan bəstəkarlar da acı tənqidimdən kənarda qalmırdılar. Do-
nisettinin “Favorit xanım”ı kimi səthi, tamamilə fransızlara yad bir üslubdakı iş
bu cür böyük müəssisəni uzun müddətə ələ alanda “dünyanın ilk lirik teatr”ına
olan-qalan hörmətimi qoruyub saxlamağa çalışdığım səbrin son damlası da daşdı.
Deyəsən, Parisdə olduğum müddətdə Böyük operada dörd dəfədən çox olmamış-
dım. “Komik opera” isə məni həm qəribə soyuq ifası, həm də musiqisinin olduqca
aşağı səviyyəsi ilə özündən uzaqlaşdırmışdı. Eyni soyuqluq məndə italyan opera
ifaçılarına da ikrah yaratmışdı. Uzun illər yalnız dörd operada çıxış edən adları
məşhur mühüm artistlər məni Şreder-Devrienin ifasının bəxş etdiyi böyük sevinc
bir yana, ən adi sənət hərarəti ilə mükafatlandıra bilməmişdilər. Başa düşürdüm
ki, burada hər şey mahiyyətçə dağılmağa doğru gedir, lakin bununla yanaşı dağı-
lanın yenilənməsinə nə ümid bəsləyir, nə də tələbat duyurdum. Kiçik teatrlar daha