Rixard Vaqner
Mənim həyatım
190
çox xoşuma gəlmişdi. Onlar mənə əsl fransız istedadını nümayiş etdirmişdilər.
Lakin mən heç sevmədiyim bu hadisələri ən azı görmək qabiliyyətini saxlamaq
üçün ətraf mühitlə məni əlaqələndirəcək daxili bağlar axtarmaqla çox məşğul
idim. Bundan başqa qayğılarım və ehtiyacım lap əvvəldən o qədər böyükdü və
Paris təşəbbüsümün bəhrəsizliyi şüurumda elə aydın canlanırdı ki, tezliklə hətta
istənilən tamaşaya baxmaq təkliflərindən dilxor və ya laqeyd əhvalla imtina etməyə
başladım. Hətta bir neçə dəfə Minnanı məyus edərək “
Theatre francais”
də Raşelinin
iştirakı ilə tamaşalara biletləri geri göndərmişdim. Ümumiyyətlə, bu teatrı cəmi
bircə dəfə korrespondensiyalara ehtiyacı olan Drezden himayədarımın iş maraqla-
rına görə ziyarət etmişdim. Onun “Axşam qəzeti”nin sütunlarını doldurmaq üçün
ən əlaqəsiz şəkildə hərəkət edir və axşamlar Anders və Lersin mənə danışdıqların-
dan istifadə edirdim. Onlar isə özləri heç vaxt heç nə yaşamır və yalnız qəzetlərdən
oxuduqlarını, yaxud restoranlarda tabldot arxasında eşitdiklərini nəql edirdilər.
Mən bu materialı məlum üsulla uyğunlaşdırır, ona o vaxtlar Haynenin əli ilə dəbə
minmiş jurnal cazibəsi verməyə çalışırdım. Bununla yanaşı, gözəl günlərin birində
saray məsləhətçisi Vinklerin Parislə tanışlığımın sirrini faş edəcəyinə şübhə et-
mirdim. Öz mülahizələrimə əsasən onun artıq tam tənəzzül yaşayan, heç kim
tərəfindən oxunmayan qəzetinə “Freyşüts”ün səhnələşdirilməsi haqqında məqalə
yazdım. Bu məqalə Veberin uşaqlarının qəyyumu olan Vinkleri xüsusilə maraq-
landırmalı idi. O, məni “Riensi”nin səhnələşdirilməsinə müəyyən zəmanət əldə
etmədən sakitləşməyəcəyinə inandırmağa davam etdiyi üçün minnətdarlıq istəyi
ilə ona Bethoven haqqında novellamın alman dilində orijinalını da göndərmişdim.
Bu əlyazmaların yeganə çap nüsxəsi onun 1841-ci ildə çıxan qəzetində qalıb. O
vaxtlar Drezdendə Arnoldun mətbəəsində çap olunan qəzet indi fəaliyyətini tam
dayandırıb.
114
Müvəqqəti ədəbi fəaliyyətim üçün aylıq belletristik “Europa” jurnalının na-
şiri Levaldın təklifi ilə yeni perspektivlər açıldı. Bu ictimaiyyəti mənim adımla ta-
nış edən ilk adam idi. Onun eleqant, kifayət qədər yayılmış aylıq jurnalında musi-
qili əlavələr də verildiyi üçün, ona hələ Köniqsberdə olarkən çap üçün iki kompo-
zisiya göndərmişdim. Bu Şeyerlinin melanxolik
Der Knabe und der Tannenbaum”
şeirinə yazılmış musiqi (indi də həvəslə bu işi özümünkü adlandırıram) və “Sev-
gi qadağası”ndan əyləncəli karnaval nəğməm idi. Eyni cür fransız nəğmələrimi
də çap etdirmək ağlıma gələndə
Dors mon enfant”ı,
Hüqonun
Attente”
sini və
Ronsarın
Mignonne”
sini Levalda göndərdim. O, işlərimi qəbul edəndən sonra,
nəinki böyük qonorar – kompozisiyama görə ilk qonorarı - göndərdi, həmçinin