191
Rixard Vaqner
Mənim həyatım
bəlkə də Paris təəssüratlarımın maraqlı nəqlini də daxil edəcəyim böyük ölçülü
məqalələr yazmağı təklif etdi. Onun qəzeti üçün iki oçerk “
Pariser Amusements
Pariser Fatalitaten”
yazdım. Orada Haynenin fəndlərini təqlid edərək Pa-
ris sarıdan məyusluğumu və bu şəhərin həyat quruluşuna nifrətimi yumoristik
təsvir etmişdim. Bundan başqa, ikinci məqaləm üçün hələ ən pis Leypsiq vaxtla-
rında arzuladığımdan da yaxın tanımağa vadar olduğum əclaf Herman Pfaunun
macəralarından da istifadə etdim. O, ötən qışın əvvəllərindən Parisdə peyda ol-
muş və uzun müddət işsiz-gücsüz, avara həyatı yaşamışdı. Üstəlik, bu dəhşətli
dərəcədə düşkünləşmiş adamın acınacaqlı vəziyyəti “Favorit xanım”dan qazandı-
ğım gəlirlər hesabına müdaxiləmi tələb edirdi. Ona görə onun Paris macəralarını
jurnal məqaləsində istifadə edib özümə bir neçə frankı geri qaytarmaqla iqtisadi
ədalətin bərpa olduğunu düşünürdüm.
115
Böyük operanın direktoru Leon Pille ilə danışıqlar sayəsində bədii fəaliy-
yətim başqa istiqamət aldı. Uzun cəhdlərdən sonra nəhayət, öyrəndim ki, “Uçan
hollandiyalı”nın səhnə planı onun xoşuna gəlib. O, bu barədə məlumat verib
bu planı ona güzəştə getməyimi təklif etdi. Belə ki, mövcud razılaşmaya görə o,
müxtəlif bəstəkarlara kiçik operalar üçün bu cür süjetlər təklif etməyə borcludur.
Mən yazılı və şifahi şəkildə Pilleni inandırmağa çalışırdım ki, bu süjetin həm po-
etik, həm də musiqili baxımdan uğurlu hazırlanmasını yalnız məndən gözləyə
bilər. Çünki bu, mənim yolumdur. O isə bu yola bəyəndiyi poetik mətnlə tanış
olduqdan sonra düşüb. Amma bu heç bir kömək etmədi. Direktor Meyerberin
tövsiyələrinə əsaslanaraq ümid etdiyim perspektivlərin necə olduğunu mənə bö-
yük açıqlıqla izah etməyi özünə borc bildi. Kompozisiya, hətta kiçik opera sifarişi
barədə yeddi ildən tez düşünmək olmazdı. Çünki rəhbərlik bumüddətə artıqmöv-
cud öhdəliklərlə məhdudlaşıb. Buna görə mənə ağıllı olub kiçik mükafatlandırma
qarşılığında səhnə planımı onun seçdiyi bəstəkara güzəştə getməyimi məsləhət
gördü. Əgər mütləq bəxtimi Böyük opera üçün sərbəst kompozisiya yazmaqda
sınamaq istəyirəmsə, baletmeysterlə danışıb musiqi yaza biləcəyim bir
pas
ın hər
hansı operaya əlavə olunaraq qoyulmasına nail ola bilərdim. Onda gizlətmədiyim
ikrahla bu təklifi rədd etdim. O, səbrlə məni tərsliyimə həvalə etdi. Uzun və
nəticəsiz cəhdlərdən sonra mənimlə “Gazette musikale”nin redaktoru olduğum
üçün yaxınlaşan kral teatrlarının komissarı Eduard Monnedən vasitəçi olmasını
xahiş etdim. O süjetimin planı ilə tanış olub açıq-aydın bildirdi ki, Pillenin bu planı
necə bəyəndiyini anlamır. Monne mənə məsləhət gördü ki, əgər Pille öz ziyanına
olsa da, bu süjetlə maraqlanıbsa, tərəddüd etmədən mətni güzəştə getmək, təklif