Rixard Vaqner
Mənim həyatım
192
olunan istənilən mükafatı qəbul etmək lazımdır. Çünki o, eşitmişdi ki, bu plan ar-
tıq libretto yazması üçün Viktor Hüqonun kürəkəni Pol Foşeyə ötürülüb. Üstəlik,
Foşe inandırırdı ki, onun üçün bu plan yeni bir şey deyil. Çünki
Vaisseau fantome
in
süjeti Fransada da məşhurdu. Yalnız indi vəziyyətin nə yerdə olduğunu anlayıb
Pillenin təklifi ilə razılaşdım. Pillenin xüsusi səyləri nəticəsində Foşe ilə iclasda da
iştirak etdim və planım 500 frank dəyərində qiymətləndirildi. Bu məbləğ mənə
teatrın kassasında gələcək müəllifin qonorarının hesabına avans olaraq ödəndi.
İndi mənim Avenue de Meudondakı yay yaşantım müəyyən sima almışdı.
Cibimdəki beş yüz frankla dərhal “Uçan hollandiyalı”nın Almaniya üçün musiqi-
li tərtibatına başlamağa qərar verdim.
Vaisseau fantome
un aqibətini isə fransızlara
həvalə etdim.
116
Pille ilə razılaşma dözülməz hal alan maddi vəziyyətimi bir qədər yaxşılaş-
dırmışdı. May və iyun aylarını get-gedə güclənən ehtiyac içində keçirmişdik. İlin
gözəl fəsli, təravətli kənd havası, sırf pul üçin qəbul etdiyim və bütün qış mənə
əziyyət verən alçaldıcı musiqi işindən azad olmaq duyğusu mənə canlandırıcı
təsir göstərdi və rəssamların həyatı barədə “Xoşbəxt axşam” adlı novellanı yaz-
mağa həvəsləndirdi. Bu əsərin fransız dilinə tərcüməsi
Gazette musicale”
də çap
olundu. Lakin tezliklə gəlir əldə etməməyim ən sərt və yorucu şəkildə özünü
biruzə verməyə başladı. Xüsusilə, bizim misalımıza uyan bacım Sesiliyanın ərini
şəhər kənarına köçməyə razı salmasından sonra vəziyyətimizin nə yerdə oldu-
ğunu hiss etməyə başladıq. Gözəl olmasa da, doğru mövqe göstərən qohumları-
mız bizimlə yan-yana yaşayır, hər gün evimizə gələndə dözdüyümüz və onları
xəbərdar etməyi artıq bildiyimiz məşəqqətlərdən şübhələnmirdilər. Vəziyyətimiz
bir dəfə ümidsiz dərəcədə ifrata varmışdı. Cibimdə bir su belə olmadığı üçün mən
səhərdən piyada – yola pulum çatmırdı – Parisə yola düşdüm ki, heç olmasa beş
frank əldə edə bilim. Bütün gün şəhərdə bu küçədən o küçəyə vurnuxsam da, ax-
şam heç nə əldə etmədən, əliboş və piyada geri qayıtmalı oldum. Görüşümə çıxan
Minnaya bu kədərli nəticəni xəbər verəndə o, təəssüflə dedi ki, mən olmayanda
Herman Pfau yalnız nə isə yemək üçün dəhşətli halda bizə gəlmişdi. Minna səhər
çörəkçidən götürdüyümüz son çörəyi ona verməli olmuşdu. Bizim hələ də ümidi-
miz var idi ki, səhər tezdən mənim kimi pul tapmağa yollanan tale yoldaşımıza
çevrilmiş kirayəçimiz Briks əliboş qayıtmayacaq. Nəhayət, o, tər içində, heydən
düşmüş, ac halda gəlib çıxdı. Şəhərdə tanışlarından heç kimi tapmadığı üçün qar-
nını doyura bilməmişdi. O, bir tikə çörək üçün yalvarırdı. Bu cür görünməmiş
gərginliyə çatan vəziyyət qəfil arvadımı ilhama gətirdi. O, qərar verdi ki, kişiləri