193
Rixard Vaqner
Mənim həyatım
ən azından aclıqdan xilas etmək öhdəliyi onun çiyinlərinə düşür. Fransız torpa-
ğına ayaq basdığımızdan bəri ilk dəfə münasib bir bəhanə ilə çörək, ət və şərab
satandan borca azuqə götürülmüşdü. Bir saat sonra qarşımıza hazırladığı gözəl
yeməyi qoyanda Minnanın gözləri parıldayırdı. Avenariuslar təsadüfən bizi na-
har edərkən yaxaladılar. Görünür, vəziyyətimizin yaxşı olmasının sübutu onları
rahatlatmışdı.
117
Bu dəhşətli yoxsulluğa “Uçan hollandiyalı”nın iyulun əvvəlində mümkün
olan satışı son qoydu ki, Parisdə uğur qazanmağa son ümidimi də itirmişdim.
Beş yüz frank yaxşı məbləğ olduğu üçün özümü yaradıcı işə həsr edə bilərdim.
Əvvəlcə bir neçə ay məhrum olduğum royalı kirayələmişdim. O, mənim hələ
də musiqiçi olduğuma inamımı canlandırmalı idi. Belə ki, ötən ilin payızından
bəri əqli gücümü yalnız jurnal işinə və opera aranjmanına sərf etmişdim. “Uçan
hollandiyalı”nın hələ ehtiyac günlərində bitirdiyim mətni Lersin böyük marağına
səbəb olmuşdu. O, elan etdi ki, mən bundan yaxşı heç nə yaza bilməyəcəm və
Uçan hollandiyalı” mənim “Don Juan”ıma çevriləcək. Bircə musiqi bəstələmək
qalırdı. Ötən qışın sonunda bu süjeti fransız operası üçün işləməyə ümid edərkən
bir neçə nömrəni poetik və musiqi baxımından tam hazırlayıb tərcümə üçün
Emil Deşana vermişdim. Onu sınağa təqdim etmək istəsəm də, iş bu həddə ge-
dib çatmadı. Bu, Sentin balladası, norveç matroslarının və “Uçan hollandiyalı”nın
xəyalat ekipajının nəğməsi idi. O vaxtdan musiqidən elə kənarlaşmışdım ki, royal
mənzilimə çatdırılanda bütün günü ona toxunmağa ürək etməmişdim. Qorxur-
dum ki, daha heç nə yaratmaq iqtidarında deyiləm. Birdən ağlıma gəldi ki, ilk
pərdədəkı şturman nəğməsini yazmağı unutmuşam. İntəhası, mən onun əvvəllər
fikrimdə yetişdiyini xatırlamırdım. Özü də onun mətnini belə hələ təzə bitirmiş-
dim. Dərhal bu nəğmənin ilk cizgilərini qeyd etdim və bu, mənim xoşuma gəldi.
Yun əyirənlərin mahnısı ilə də eyni şey təkrarlandı. Hər iki nəğməni yazıb əsaslı
şəkildə mülahizə yürütdükdən sonra öz-özümdə qərarlaşdırdım ki, onlar mənim
ağlıma indicə gəliblər. Bu kəşfim mənə inanılmaz həzz verdi. Yeddi həftə ərzində
Uçan hollandiyalı”nın bütün musiqisi orkestrə uyğunlaşdırma da daxil olmaqla
hazır idi.
Həmin vaxtdan hər şey canlandı. Mənim çılğın şənliyim hamını təəccüblən-
dirirdi. Avenariuslar əhvalıma baxıb tam əmin oldular ki, işlərim həqiqətən yaxşı
gedir. Tez-tez meşəyə böyük gəzintilərə çıxır və hətta Minnaya göbələk axtarma-
ğa kömək edirdim. Təəssüf ki, bu onun gözlərində meşə gəzintilərimizin əsas fü-
sunkarlığı olsa da, sahibimizi dəhşətə gətirirdi. Həmişə məni hansısa macəraların