Rixard Vaqner
Mənim həyatım
194
ağuşuna atan tale yolumu təkcə Medonda yox, bütün Paris ətrafında rast gələ
biləcəyim heyrətamiz bir orijinalla kəsişdirdi. Bu, dediyinə görə bir vaxtlar Ver-
salda gördüyü markiza Pompaduru xatırlayacaq qədər çox yaşlı, amma inanılmaz
dərəcədə gümrah cənab Jaden idi. Görünür, əsl yaşıyla bağlı insanları çaşdırıb al-
datmaq məqsədini qoymuşdu qarşısına. O, hər şeyi öz əlləri ilə edərək özünü,
ağımtıl yeniyetmə buruqlarından möhtərəm gümüşü tellərə qədər ən müxtəlif
çalarda olan pariklərin ağlasığmaz miqdarı ilə təmin etmişdi. Qoca parikləri
əhvalına uyğun olaraq növbəylə taxırdı. Mümkün hər şeylə məşğul olan Jadenin
xüsusilə rəssamlıqla maraqlanması məni çox şad etmişdi Onun mənzilinin divar-
larının heyvanlar aləmindən uşaq rəsmləri ilə dolu olması, hətta pərdələrinin çöl
tərəfdən yöndəmsiz şəkildə boyanması belə məni təəccübləndirməmişdi. Əksinə,
bu mənim onun musiqi ilə məşğul olmaması ehtimalımı gücləndirirdi.
Təəssüf ki, bir gün uzaqlardan qulağıma çatan xaric arfa səsləri məhz onun
zirzəmidə yerləşən mənzilindən gəlirmiş. Onun evində özünün icad etdiyi iki ar-
fa-royal var idi. Dediyinə görə, bu alətlərdə çoxdan ifa etməsə də, sırf mənə zövq
vermək üçün yenidən mütəmadi olaraq məşq etməyə başlayacaq. Xoşbəxtlikdən,
onu bu niyyətindən yayındıra bildim. Mən sadəcə dedim ki, arfa əsəblərimə ziyan
olduğu üçün həkim ona qulaq asmağı qadağan edib. O, xəyalımda son dəfə bizə
gəldiyi görünüsdə - Hofmanın nağıllarından çıxmış fantastik fiqur kimi qalıb. Biz
payızın son çağlarında Parisə köçəndə o bizdən xahiş etdi ki, nəhəng soba borusu-
nu da özümüzlə aparaq. Guya sonra onu götürməyə gələcəkdi. Həqiqətən, çox so-
yuq bir gündə Jaden yeni Paris mənzilimizdə peyda oldu. Onun əynində özünün
hazırladığı inanılmaz dərəcədə yüngül kostyum var idi. Bu kostyum lap nazik
açıq-sarı şalvardan, qeyri-adi uzun ətəyi, qırçınlı jabosu və manjetləri olan çox qısa
açıq-yaşıl frakdan ibarət idi. Onun başında ağımtıl parik və hər dəqiqə başından
düşən bapbalaca şlyapa var idi. Görünüşünü tamamlamaq üçün o, üzərinə çoxlu
saxta zinət əşyası taxmışdı. Bütün bunları o, eleqant Parisdə bağdakı kimi sadə
geyinməməli olduğuna səmimi qəlbdən inanaraq əyninə keçirmişdi. Qarşımıza
bu halda çıxan Jaden soba borusunu tələb etdi. Bunu onun evinə kimin çatdıra-
cağını soruşanda isə, o gülümsəyərək acizliyimizə təəccübünü ifadə etdi və ən
qərarlı şəkildə borunu qoltuğuna vurdu. Ona heç olmasa, pillələrdə kömək etmək
istəyəndə isə təklifimizdən imtina etdi. Bütün bina bu mənzərəyə tamaşa etməyə
yığışsa da, o utanıb-sıxılmadan borunu küçəyə çıxardı və eleqant yerişi ilə tezliklə
həmişəlik gözümüzdən idi.