195
Rixard Vaqner
Mənim həyatım
118
Tamamilə özümə aid olaraq yaşadığım, heç bir maneə olmadan özümü ya-
radıçılığa həsr etdiyim bu qısa, lakin məzmunca zəngin dövr haqqında çox da-
nışa bilməyəcəm. Bircə bunu deyim ki, sonunda özümdə əvvəlcədən görə bildi-
yim misilsiz təlaş və ehtiyacların görüşünə gümrah və sakit şəkildə çıxmağa güc
hiss edirdim. Bu zolaq özünü çox gözlətmədi. Mənim beş yüz frankımın bitməsi
Uçan hollandiyalı”nın son səhnəsinin yazılması ilə eyni vaxta təsadüf etdi. An-
caq uvertüranı yazmaq üçün lazım olan sakitliyin təminatı üçün pul çatmadı.
Onu vəziyyətimin yaxşıya doğru dəyişəcəyi bir vaxta qədər təxirə salmalı oldum.
Hələlik isə vaxtımın çoxunu aparan həyat uğrunda mübarizəyə yenidən başlamalı
idim.
Rue du Helder
dəki evin konsyerji gəlib bildirdi ki, mənzilimizdə yaşayan sirli
ailə onu tərk edib və bundan sonra kirayə pulunu biz ödəməliyik. Mən daha o
mənzil barədə bir kəlmə belə eşitmək istəmədiyimi və ev sahibinin qalan mebeli
sataraq pulu özünə götürə biləcəyini bildirmək məcburiyyətində qaldım. Mühüm
itkilər olsa da, mənim dediyimi eləmişdilər və hələ pulunun yarısını ödəmədiyim ev
əşyaları daha istifadə etmədiyimiz mənzilin borcunun ödənməsinə sərf olunmuşdu.
İnanılmaz məhrumiyyətlər hesabına “Uçan hollandiyalı”nı orkestrə uyğun-
laşdırmaq üçün özümə bir qədər vaxt ayırmağa çalışırdım. Sərt payız bu il çox tez
gəlmişdi və bağ sakinləri bir-bir Parisə qayıdırdılar. Onların arasında Avenariuslar
da var idi. Bircə biz bu barədə düşünə bilməzdik, çünki köçməyə vəsaitimiz yox idi.
Buna təəccübünü bildirən Jadenə izah etdimki, işimi tez yerinə yetirməyə çalışıram
və istənilən fasiləni arzuolunmaz hesab edirəm, hətta qış üçün nəzərdə tutulma-
mış evdə belə. Xilası köniqsberqli tanışım gənc tacir Enrst Kasteldən gözləyirdim.
Təzəlikcə bizi Medonda ziyarət edib yaxşı bir nahara qonaq etmək üçün Parisə
aparan Kastel tezliklə ailəmizi bu acınacaqlı vəziyyətdən qurtaracağını bildirdi.
Biz bilirdik ki, verəcəyi məbləğ onun üçün heç nə idi. Narahat tənhalığımızı can-
landırmaq üçün Kitts rəsm qovluğunu və yastığını qoltuğuna vurub yanımıza
gəlmişdi. O, bizi şənləndirmək üçün mənim və Paris məşəqqətlərimin karikatu-
rasını çəkmək istəyirdi. Yastıq isə başı qoymaq üçün hündür yeri olmayan bərk
divanda istirahət üçün idi. Yanacaq üçün materialı çətinliklə tapdığımızı bilərək
soyuq axşamlarda özünü və bizi punşla qızdırmaq üçün rom da gətirmişdi. Belə
axşamlarda mən ona və arvadıma Hoffmanın hekayələrini yüksək səslə oxuyur-
dum. Nəhayət, Köniqsberqdən cavab gəldi. Bundan məlum oldu ki, gənc əhli-kef
öz vədinə qeyri-ciddi yanaşıb. Çıxılmaz vəziyyətdə qaldığımız üçün kədərlə ya-
xınlaşan qışın soyuq dumanlarına baxırdıq. Lakin Kitts bəyan etdi ki, bu dəfə yar-
dım tapmaq onun işidir. O, qovluğunu yığdı, yastığı ilə birlikdə qoltuğuna vurub
səhəri gün iki yüz frankla geri qayıtmaq üçün Parisə yola düşdü. O, bu məbləği