Rixard Vaqner
Mənim həyatım
196
böyük çətinliklə, ağlasığmaz üsullarla əldə edə bilmişdi. Biz dərhal Parisə köçdük
rue Jacob
dakı 14 nömrəli evin arxa tikilisində dostlarımızın qonşuluğunda kiçik
mənzil kirayələdik. Sonradan öyrəndim ki, bizdən bir qədər sonra o mənzili Pru-
don kirayələyibmiş.
Beləliklə, okyabrın 30-da biz yenidən şəhərə köçdük. Sağlamlığımıza çox pis
təsir göstərən balaca və soyuq mənzili
rue Helder
dəki iflasdan xilas edə bildiyimiz
miskin qalıqlarla bir təhər döşədik və əsərlərimin Almaniyada səhnələşdirilməsa
barədə xəbərlər gözləməyə başladıq. Hər şeydən əvvəl, nəyin bahasına olur ol-
sun “Uçan hollandiyalı”nın uvertürasını yazmaq üçün dincliyi təmin etməli idim.
Mən Kittsə bildirdim ki, o, bu işimi bitirmək və partituranı göndərmək üçün vəsait
tapmalıdır. Kitts bu dəfə də kömək etdi. O, çoxdan Parisdə yaşayan, özü kimi
rəssamlıqla məşğul olan və böyük əliaçıqlıqla seçilməyən dayısını əlini cibinə sal-
mağa məcbur etmişdi. O, ianəni mənə kiçik on və beş franklıq məbləğlərlə çatdırır-
dı. Həmin vaxt mən altlığı tamamilə sürtülüb yoxa çıxdığı üçün yalnız görünüşünə
görə ayaqqabını xatırladan çəkmələrimi qürurla nümayiş etdirirdim.
119
Hollandiyalı” ilə məşğul olduğum üçün Kitts mənim qayğıma qalırdı. La-
kin bunun heç bir əhəmiyyəti yox idi. Çünki mən evdən çölə çıxmırdım. Amma ta-
mamlanmış partituranı dekabrda Berlin kral teatrının rəhbərliyinə göndərdikdən
sonra acınacaqlı vəziyyətimi heç nə ilə ört-basdır etmək mümkün olmadı. Yaşa-
maq üçün pul axtarmaqla özüm məşğul olmağa məcbur idim. Parisdə bunun nə
mənaya gəldiyini gözəl dostum Lersin acı nümunəsində görmüşdüm. Bir il əvvəl
mən eyni cür yoxsul vəziyyətə düşəndə o, yayın yorucu isti bir günündə Parisin
müxtəlif küçələrini gəzib vaxtı ötmüş veksellərinin təxirə salınmasına nail olma-
ğa çalışmışdı. Qurumuş boğazını yaşlamaq üçün bir qurtum soyuq su içdikdən
sonra isə dərhal səsini itirmişdi. Həmin vaxtdan onun sinəsində görünür, canın-
da gizlənmiş vərəmə təkan verən xırıltı qalmışdı və bu sağalmaz xəstəlik dəhşətli
sürətlə inkişaf edirdi. Bir neçə aydır hiss etdiyi get-gedə artan zəiflik bizi qorxu-
dur, əndişələndirirdi. Bircə onu düşünürdü ki, əgər otağını yaxşı isitmək imkanı
olsa, şübhəsiz ki, bu yalançı katar ötüb keçəcək. Bir dəfə ziyarətinə gedəndə onu
soyuq, qızdırılmayan otaqda yazı stolunun arxasında tam büzüşmüş vəziyyətdə
tapmışdım. O, şikayətlənirdi ki, bu cür şəraitdə Dido üçün işi çətin gedir və bu
onun heç xoşuna gəlmir. Çünki sifarişçi avans verib onu tələsdirirdi. O, deyir-
di ki, əgər “Hollandiyalı”nı bitirməyim və bizim kiçik dost dairəmizin uğuruna
ümidin təsəllisi olmasaydı, bu ağır vəziyyətə çətin dözərdi. Ona böyük mərhəmət
hiss edirdim və inandırmağa çalışırdım ki, heç olmasa, bizim kaminin istisindən